“Gərgin iş qrafikinə baxmayaraq Prezident dəfələrlə bölgəyə səfər edir” - ŞƏRH EDİLDİ

“Biz növbəti dəfə cənab Prezidentin işğaldan azad olunmuş ərazilərimizə səfər etdiyini gördük”. Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu səfərində də ölkə başçısı orada bir çox açılışlarda iştirak edib: “Ümumiyyətlə görünən odur ki, gərgin iş qrafikinə baxmayaraq cənab Prezident davamlı olaraq özü bölgəyə səfərlər edir, orada gedən proseslərlə birbaşa tanış olur, eyni zamanda öz tapşırıqlarını verir. Bütün bunların hamısı xüsusi əhəmiyyət daşıyır. Bununla cənab Prezidentin bölgəmizdə quruculuq işlərinə necə həssaslıqla yanaşdığının şahidi oluruq. Artıq Ağdamda sürətli şəkildə yenidənqurma işləri aparılır. Bu da dövlətimizin diqqəti sayəsində baş verir. Orada İmarət Kompleksinin inşası, otellərin tikilməsi və s. bütün bunlar böyük işlərdir”.

Məmmədov vurğulayıb ki, biz bir daha görürük ki, Azərbaycan ən qısa zamanda bölgədə abadlıq işlərini həyata keçirə bilir: “Bütün bunlarda ortada böyük bir qətiyyətin olduğunu göstərir. Qısa zamanda bunları reallaşdırmaq heç də asan deyil. Bu dövlətimizin bu məsələyə necə həssas yanaşdığını göstərir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə