MM bu sənədi ratifikasiya edib

Milli Məclis Azərbaycanla Səudiyyə Ərəbistanı arasında xüsusi pasport sahiblərinin qısamüddətli vizadan azad edilməsini ratifikasiya edib. SİA xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəd səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, memorandum bu ilin sentyabr ayının 27-də Nyu-York şəhərində imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə