Bütün ölkələr yaşıl enerjiyə keçməyə hazır deyil -Lüksemburqlu nümayəndə
Dünya ölkələrinin nümayəndələrinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün Azərbaycanın paytaxtı Bakıda toplaşmağı və iqlim dəyişikliyinin fəsadları barəsində öz həll yollarını paylaşmağı təqdirəlayiqdir. Bu fikirləri Lüksemburq nümayəndə heyətinin üzvü Matye Lor deyib.
O bildirib ki, indiki və gələcək nəsillərin bu planetdə həyatda qala bilməsi üçün siyasi iradəyə sahib olmaq lazımdır: “Təbii ki, maliyyələşdirmə önəmlidir. Lakin bütün ölkələr yaşıl enerjiyə keçməyə hazır deyil”.
Matye Lor COP29-da fəaliyyət göstərən könüllülərin çox yaxşı çalışdığını, təşkilati cəhətdən hər şeyin çox yaxşı olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə