"XXI əsr Azərbaycanın yüksəliş əsri olacaq" - Kamal Cəfərov

"Bu Zəfər xalqımızın əsrlər boyu arzusunda olduğu, Azərbaycan gəncliyinin azad yaşaması üçün lazım olan tarixin başlanğıcı idi". SİA xəbər verir ki, bu sözləri deputat Kamal Cəfərov deyib.

Onun sözlərinə görə, bu qələbə xalqımızın birliyinin, ortaq amalının gücüdür: "Zəfər Günündə qürurlanmalıyıq, bizim haqqımızdır. Lakin bunun əhəmiyyətini də anlamalıyıq. XXI əsr Azərbaycanın yüksəliş əsri olacaqdır. Bütün təşəbbüslər bu ideyaya xidmət edir. Azərbaycanın gələcəyi üçün nə ediriksə, bunları diqqətdə saxlamalıyıq. Bu Zəfər xalqımızın əsrlər boyu arzusunda olduğu, Azərbaycan gəncliyinin azad yaşaması üçün tarixin başlanğıcı idi".

Bütün xəbərlər Facebook səhifəmizdə