"Sabah Azərbaycan xalqı Zəfər Gününü qeyd edəcək". SİA xəbər verir ki, bu sözləri deputat Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, bu qələbə eyni zamanda Azərbaycanın düşmən üzərində iqtisadi, siyasi, hərbi, mənəvi, psixoloji qələbəsidir: "Qələbəyə gedən yol asan deyil. Bu qələbəni qazanmağı bacarmaq lazımdır.
Prezident İlham Əliyev dünya liderləri içində sayılıb-seçilən liderdir. Qələbə üçün güclü ordu və iqtisadiyyat lazım idi. Bütün bunları etmək üçün zamana ehtiyac var idi. Bu qələbə bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Nüfuzumuz yüksələn xətt üzrə artmaqdadır. Bu qələbəyə görə biz şəhidlərimizə və qazilərimizə minnətdarıq".
Bütün xəbərlər Facebook səhifəmizdə