"Azərbaycan artıq ŞƏT-də öz sözünü deyən dövlətlərdən biridir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Şanxay Əməkdaşlıq Təşkilatı artıq 23 ildir ki, fəaliyyət göstərir və 2001-ci ilin iyunun 15-də yaradılıb. Hal-hazırda onun 9 daimi üzvü, 3 müşahidəçi üzvü var. Azərbaycan burada 9 il bundan əvvəl 2015-ci ildə müşahidəçi yox, tərəfdaş dövlət kimi seçilib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, Azərbaycan Prezidenti 2022-ci ildə Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının fəxri qonağı olub: "Bu il də Qazaxıstan Prezidentinin dəvəti ilə Azərbaycan Prezidenti 2-ci dəfə fəxri qonaqdır.

Şanxay Əməkdaşlıq Təşkilatı əhalisinə və ərazisinə görə hətta Avropa İttifaqından dəfələrlə böyük təşkilatdir. Dünya əhalisinin yarıdan çoxu bu təşkilatın üzvü olan dövlətlərin ərazisində yaşayır. Bu dövlətlər də sürətlə inkişaf edən, əsasən Asiya dövlətləridir. Burada Rusiya qarışıqdır, digərləri içində Belarus müşahidəçi statusundadır. Buraya Avropa ölkəsindən çox Asiya dövlətləri daxildir. Türkmənistanı çıxmaq şərtilə bütün ölkələr Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu təşkilatla Azərbaycanın münasibətləri çox yaxşıdır. Xüsusilə Azərbaycandan keçəcək Şərq və Şimal-cənub dəhlizləri bilavasitə Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərdə istehsal olunan malların Avropa və Afrikaya çatdırılmasına xidmət edəcək. Ən qısa yol da buradan keçir. Eyni zamanda bu təşkilat sürətlə inkişaf edən dövlətlərin toplandığı bir təşkilatdır. Bu təşkilatın qərargahı Pekin şəhərində yerləşir. Bizim hörmətli Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu həmin təşkilatın binasının dizaynında iştirak edir. Amma ən önəmlisi odur ki, məhz Heydər Əliyev Fondunun yardımı və təşəbbüsü ilə o binanın önündə iki adamın heykəli var. Biri məşhur Çin filosofu Konfutsinin heykəlidir, ikincisi də Azərbaycanın böyük, dahi şairi Nizami Gəncəvinin heykəlidir. Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq Çində keçirilən tədbirlərdə Heydər Əliyev Fondu bu işlərə rəhbərlik edib. Daha doğrusu o keçirib. Bu işlərə rəhbərlik edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovdur. Bu təşkilatın iki dili var: Rus və Çin dilidir. Azərbaycan hal-hazırda baxmayaraq ki, ərazisinə və əhalisinə görə də bu təşkilata daxil olan Qırğızıstan və digərləri ilə müqayisədə təşkila tərəfdaş olan ən kiçik dövlətlərdən biridir, amma Azərbaycan artıq Şanxay Əməkdaşlıq Təşkilatında öz sözünü deyən dövlətlərdən biridir".

"Azərbaycanda noyabr ayında COP29 tədbiri keçiriləcək. Bu təşkilata daxil olan dövlətlərin üzvlərinin də COP29-da iştirakı var. Azərbaycan üçün bu Şanxay Əməkdaşlıq Təşkilatı həm yeni, Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq üçün siyasi platformadır. Burada olan bütün dövlətlər hamısı, demək olar ki, Azərbaycanın həm ərazi bütövlüyünü qəbul edir, həm də 44 günlük müharibənin nəticələrini olduğu kimi qəbul edir. Ona görə də cənab Prezidentin orada bir fəxri qonaq kimi iştirakı çox mühüm əhəmiyyətə malikdir. Artıq Rusiya prezidenti Putinlə də görüş keçirilib. Burada Çin, Pakistan, Türkiyə rəhbərləri ilə də görüşlər olacaq. Azərbaycan öz xarici siyasətində şaxələndirməni həyata keçirir. Həmin platformalardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. İnanıram ki, cənab Prezidentin yürütdüyü bu siyasət Azərbaycana böyük uğur gətirəcək. Həm də Azərbaycan Qafqazdan bu təşkilatda iştirak edən yeganə dövlətdir. Bu da Cənubi Qafqazın bilavasitə gələcəkdə bu təşkilata transformasiyasına böyük rol oynayacaq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə