"USAİD dövlət maraqları əleyhinə çalışan təşkilatlara milyonlarla qrant ayırıb" - ŞƏRH EDİLDİ

"USAİD-nin Azərbaycanda fəaliyyəti hər zaman qeyri-şəffaf olub və bu qurum özünə formalaşdırdığı çevrə ilə fəaliyyət göstərərək yalnız dövlət maraqları əleyhinə çalışan təşkilatlara milyonlarla qrant ayırıb. Bu təşkilatlar da seçki hüququ, azad media və demokratiyanın inkişafı adı ilə qaranlıq fəaliyyətlə məşğul olublar". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib.

V.Əhmədov sözlərinə davam edərək bildirib ki, başqalarından şəffaflıq və hesabatlılıq tələb edən USAİD kimi qurum Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı məqsədi ilə uzunmüddətli subqrantları dünyada heç bir reputasiyası olmayan, qaranlıq və qeyri-şəffaf imicə malik qurumlar vasitəsi ilə sərf ediblər: "ABŞ vergi ödəyicilərinin və Amerika xalqı adından ayrılan bu vəsaitlər ayrı-ayrı ölkələrdə siyasi məqsədlər üçün sərf olunub, qeyri-şəffaf şəkildə bölüşdürülüb. Azərbaycanda fəaliyyət göstərən USAİD-nin fəaliyyətinə nəzər saldıqda bu təşkilatın geniş korrupsiya şəbəkəsinin mövcud olduğunu görmək olar və illərdir yalnız onların siyasi maraqlarına cavab verən say-seçmə təşkilatlarla öz fəaliyyətlərini qurublar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə