Blinkenin Ukrayana səfəri nələri dəyişəcək? - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"ABŞ dövlət katibi Antoni Blinkenin Ukraynaya səfəri artıq sentyabrın 6-da başlanıb. Blinken Ukrayna prezidenti Zelenski ilə görüşlər keçirib və bir sıra önəmli açıqlamalar verib. Onun Kiyevə gəlişində məqsəd müharibənin dayandırılması deyil, Ukraynanın qələbəsi ilə başa çatmasına yardım etməkdir. Bildiyiniz kimi, Blinken Rusiyaya qarşı hər zaman sərt mövqe tutub. Eyni zamanda, bu səfərdə Blinken bildirdi ki, Rusiya və oliqarxların dondurulmuş aktivləri Ukraynanın Müdafiə Nazirliyinin xəsarət almış döyüşçülərinə veriləcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, ABŞ Ukraynaya ən çox silah və maliyyə yardımı göstərən ölkədir: "Çünki elə müharibənin başlanmasına səbəb ABŞ-ın Rusiyaya qarşı apardığı siyasət oldu. Necə deyərlər, onlar Rusiyanı tələyə saldılar. Rusiya bu müharibədə bütün dünyadan təcrid olundu. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyəti Rusiyaya qarşı sanksiyalara qoşuldu. Rusiya iqtisadiyyatı, sənayesi günü-gündən zəifləyir. Avropa ölkələri artıq Rusiyadan yanacaq almır".

Politoloq sözlərinə davam edərək bildirib ki, Rusiya sanki bataqlığa düşüb: "Ancaq unutmaq lazım deyil ki, Rusiya böyük ölkədir. Hələ onun resursları tam bitməyib. Ona görə də hələ müharibə davam edir. Müharibənin dayandırılması üçün Ukraynanın şərtləri budur ki, onlar öz torpaqlarını, o cümlədən, Krım yarımadasını azad etməlidirlər. Ukraynada baş verən son dəyişikliklərin də hər halda müharibənin gedişinə təsiri olacaq. Müharibənin tezliklə sonlanmasını gözləmək sadəlövhlük olar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə