Misirə gediş daha asandlaşdı

Türkiyə vətəndaşlarının gömrük qapılarında viza ala biləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

XİN-nin verdiyi məlumata görə, son dövrdə Misirə səfər edəcək vətəndaşlarımız bundan sonra vizalarını Misir sərhəd qapılarından ala biləcəklər.

Müəmmər Qəddafinin devrilməsindən sonra Türkiyə və Misir Liviyada müxtəlif partiyaları dəstəkləmiş və buna görə də ikitərəfli münasibətləri çox gərgin dövr keçmişdi. Misirin xarici işlər naziri Samih Şukri fevralın 27-də Kahramanmaraşda baş verən zəlzələlərdən sonra ölkəsi adından başsağlığı vermək üçün Türkiyəyə gəlib və Çavuşoğlunu səfəri zamanı Misirə dəvət edib. Xarici işlər naziri Mövlud Çavuşoğlu 18 mart 2023-cü ildə Misirin paytaxtı Qahirədə misirli həmkarı Samih Şükri ilə də görüşüb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə