Valeh Sefiyev
ZƏFƏR DASTANI
(Poema)
Öz müstəqilliyi və tərəqqisi üçün, öz şöhrətinin ən parlaq illəri üçün Azərbaycanın əbədi borclu olduğu Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin zəka və iradəsinin varisi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin şərəfinə
PROLOQ
Dünya dolaşıb qalıb,
Adamlar çaşıb qalıb.
Bəndik bir təmiz ada ;
Dünya nə olur olsun –
Gülüstan, abad, ya da
Viranə olur olsun,
Qamətimiz şax olub.
Gözlərimiz tox olub,
Əlimiz qabar-qabar.
Nə qonşu tabağında
Bizim tamahımız var.
Nə düşmən qabağında
Əyilmişik, sınmışıq.
Ruzimizi özümüz
Tər töküb qazanmışıq.
Odlarda bərkitmisik
Polad iradəmizi.
Bu gün xalqlar, ölkələr
Necə tanıyır bizi? –
- Yaranışdan bu yana
Yaşayıb kişiyana,
Bir acizə, yetimə,
Yıxılana gülməyən;
Kin-küdurət, xəyanət,
Fitnə-fəsad bilməyən
Cətin, ağır günlərin
Sınanmış yarı, dostu!..
Bir qarın çörək üçün
Kiminsə buyruq qulu,
Əlaltısı, forpostu,
Şaxtalı ayağının
Tozu olmamışıq biz.
Əzəl başdan, binadan
Bizim vüqarımız var.
Bizim Vətən andımız,
Vətən şüarımız var.
Ancaq heç vaxt, heç zaman
Murdar daban yalayan
O murdar haylar kimi
Min bir oyundan çıxıb :
İməkləyib, sürünüb,
Gah itib, gah görünüb
Ordan iy çəkə-çəkə,
Burdan iy çəkə-çəkə
Göz gəzdirib, vurnuxub,
Kola-kosa baş soxub
Ovçuya ov axtaran
Quyruq bulayan tula,
Tazı olmamışıq biz.
Otuz qış ötürmüşük,
Yaz, bahar keçirmişik.
Aslan kimi, şir kimi
Dərin yaralar alıb
Ağrılar keçirmişik. –
Quzu olmamışıq biz.
Çox gəliblər, gediblər,
Çox hədyan danışıblar.
Bizi çox incidiblər,
Çox hədləri aşıblar,
Hoqqalar çıxardıblar.
Bizi hədələyiblər,
Bizə göz ağardıblar,
Barmaq sirkələyiblər...
Halal torpağımızın
Bir qarışını belə,
Qara daşını belə,
Düşmənə təslim etmək?!..
Üzü qara, şərəfsiz
Dünyadan köçüb getmək?!..
Razı olmamışıq biz !
Razı olmamışıq biz !
44 günlük o döyüş...
Bizim canlara dəyən
Oğulların ölümü
Ruhumuzu incidir,
Qəlbimizi ağrıdır...
...Analar əzizimiz,
Dinimiz, imanımız;
Gözümüzün işığı,
Ürəyimiz, canımız.
Ən çox yanan, qan olan
Qovrulub, büryan olan
Anaların bağrıdır.
Bir gecənin içində
Analar neçə dəfə
Ağır yuxular görür:
Görür, oğlu can verir!-
Yuxusu qara gəlir ;
Öz qara yuxusunda
Analar fikrə gedir,
Yəqinlik hasil edir,
Qəti qərara gəlir :
- Oğulların ölümü
Həqiqidir, doğrudur !
Analar bu yuxuya
İnanmaq istəmirlər.
Tez, hövlnak oyanıb,
Sağa, sola boylanıb,
Oğul da gözləmirlər.
Haldan-hala düşürlər:
Huş aparır, yatırlar.
Analar yuxuda da
Dərdə, qəmə batırlar.
...Bir dərd səni oxşasın,
Əzizləsin ölüncə. –
Insan necə yaşasın?
Bundan artıq işgəncə?!..
Nələrə dözmür insan?!..
Haqdan, haqq dərgahından
Biz daha nə istəyək?
Nə təmənna eləyək?!..
"...Barılar söküləcək,
Saraylar tikiləcək.
Ölməyib, mənim oğlum
Arxayınam gələcək.
Xonça bəzəyəcəyəm,
Onu gözləyəcəyəm.
Mən elçi gedəcəyəm.
Oğlumu nişanlayıb
Toyunu edəcəyəm.
Gəlin gətirəcəyəm.
Mən nəvə görəcəyəm,
Nəvə böyüdəcəyəm.
Bir anda neçə dəfə
Onu bağrıma basib
Oxşayıb öpə-öpə:
"Mübarək qədəminə
Qurbanam!"-deyəcəyəm.
Mən nəvə görəcəyəm,
Oğlum "Ata!" olcaq.
Nəvə böyüdəcəyəm,
Evim nurla dolacaq ..."
... Xəyal edir analar.
Məlal edir analar.
Bu yollarda, izlərdə
Dərdin xurcunu dolmur,
Taqət qalmır dizlərdə.
Bir həyat əlaməti,
Nişanəsi də olmur
Pərişan bənizlərdə.
Əlimiz çatmır ələ.
Göy gurlayır, ün düşür,
Ömür qurtarmır hələ.
Ovsunlanıb elə bil, -
Günlər, aylar ötüşür,
Dolaşır, düyün düşür,
Saya, hesaba gəlmir.
Damarında qan donur.
Kirpiyinə şeh qonur. –
Analar yasda, toyda
Hey düşünür, daşınır,
Ürəyinə bir an da
Dinclik, toxtaqlıq vermir,
Iynənin ucu boyda
Ümid işığı görmür,
Təsəlli tapa bilmir.
... Xıncım-xıncım etmişik
Mənfur düşmənimizi.–
Dünyanı sel apara
Çovğun, qar tutmaz bizi
Qış keçib, gəlib bahar,
Ömür sürməyə nə var?!..
Ancaq bizim Analar
Şəhid balalarını
Unuda bilmirlər ki!
Nə üçün ağlayırlar? –
Onu da bilmirlər ki!
Bu gün belə olurlar,
Sabah elə olurlar.
Şirin yuxu bilmirlər,
Oturub dincəlmirlər.
Analar yaşamır ki!..
Həsrətin girdabında
Onlar ayaq üstədir.
Onların gözü yolda,
Qulağı da səsdədir ...
***
... Çox əzablar çəkmişik,
Büruzə verməmişik,-
Qəlbimizdə ağlayıb,
Qəlbimizdə çökmüşük.
İkibaşlı qartalın
Sinəmizdə oturub
Canımızı diddiyi,
Qanımızı içdiyi
O dəhşətli zamanlar...
Qanlı 20 Yanvar !..
"Şanlı", "böyük", "qüdrətli",
"Möhtəşəm", "əzəmətli"
İmperiya "işığına" –
Bir bayrağın altında
Ayrı-ayrı millətlər,
Xalqlar "qardaşlığına"
Itən inam, etibar.
Əbədi damğalanan,
Puç olan etiqadlar;
Ürəyimizdən qopan
Nifrət saçan fəryadlar...
Əlacımız nə idi? –
O dar gündə haraya
Əlimiz çatırdı ki ?
Dünya namərdləşmişdi!
Kim yetişdi harya ?
Qanımız batırdı ki!..
Alnımız qırış-qırış,
Başımız aşağıydı.
Kökündən yox olurduq!
Qəzəbdən boğulurduq,
Qisas ala bilmirdik –
Nəfəs ala bilmirdik,
Çatmırdı havamız da;
Şöhrəti, şanı ilə
Dünən öyündüyümüz,
Haqq-ədalət əhdinə
Çox, çox güvəndiyimiz,
Başına döndüyümüz,
Çiyni Ağ göyərçinli
"Qızıl" Moskovamız da
Bu gün qan çanağıydı.
Yaxşı-yaman günlərdə
Qol-qola gəzdiyimiz,
"Can!" deyib, "can!" eşidib
Duz-çörək kəsdiyimiz
Qardaşımız deyildi,
Sirdaşımız deyildi;
Üstümüzə tank sürən,
Qoşun çəkən, yeriyən,
Gözünü qan bürüyən
Qatı düşmən, yağıydı.
Uşaq-böyük bilmirdi,
Yetəni haqlayırdı. –
Günahsız insanları,
Silahsız insanları
Avtomatlar biçirdi,
Tanklar ayaqlayırdı.
Bu necə vicdansızlıq,
Amansız qərar oldu?!..
Bu gen, işıqlı dünya
Başımıza dar oldu
Yaralı Aslan kimi
Yaladıq qanımızı.
Bir yer tapa bilmədik
Qoymağa canımızı.
Gərildi əsəbimiz!..
Qismətimiz beləymiş,
Bu imiş nəsibimiz...
Yenidın barışaqmı,
Qaynayıb-qarışaqmı?!..
Necə qaytarmaq olar
O ruhu, o inamı?!..
Xalqımın haqq səsinə
Bir bayrağın altında
70 illik dostluğun,
Qardaşlığın "sovqatı",
"Hədiyyəsi", "ənamı"
Qırğın oldu, qan oldu.
Bakımızın ortası
Şəhidlər Xiyabanı –
Bir məzaristan oldu.
***
...Bu gün səbirli olmaq,
Kamil, tədbirli olmaq,
Hələ sözü çox açıb
Bələmək lazımdırsa;
Bunu elə yox, belə
Eləmək lazımdırsa;
Hələ çox fikirləşmək,
Qulaq asıb eşitmək,
Dinləmək lazımdırsa;
Yoxsa, hücuma keçmək,
Düşməni qabaqlamaq,
Önləmək lazımdırsa;
Daha nələr etməli,
Nələr etməməliyik?!..
Hara üz tutmalıyıq,
Hara getməməliyik?!..
Bizi də ana doğub!..
Kimin yadından çıxıb? –
Qırmızı dönüklüklər,
Rişxəndlər, istehzalar,
Qadalı onilliklər,
Cinayətlər, cəzalar.
Qırmızı işgəncələr, -
Bədbəxtliklər, nalələr,
Bənzərsiz viranələr;
Qırmizi müsibətlər,
Saralıb-solan üzrlər.
Nə ağırdır köləlik!..
Çiynimizdə ağır yük,
Boynumuzda minnətlər,
Yorğun, bükülən dizlər,
Masqaralar, tənələr...
Ağır keçdi sənələr,-
37-ni gördük,
Zindanlarda çürüdük,
Sürgünlərdə can verdik.
Qalmadı qeyrət çəkən
Bir başıpapaqlımız.
Gözümüz baxa-baxa
Haqsız çıxdı haqlımız.
Qapımız bağlı qaldı,
Sinəmiz dağlı qaldı...
...Hovu asan çəkilmir,
Sağalıb üzə gəlmir,
Yaramız çox dərindi.
Hökmünü vermiş zaman,
Tilsimlər sınır indi.
Dəyirman tərsəsinə
Dönür, fırlanır indi.
Dünən sönən ocaqlar
Gurhagur yanır bu gün.
Sahibsiz deyilik biz,
Xöşbəxtdir ellərimiz.
Torpağı,daşı gülür
Günəşli yurdumuzun.
Ölkəmizin başında
Müzəffər Ordumuzun
Ali Baş Komandanı
Rəhbər dayanır bu gün.
Qayıda bilməz daha
O şərəfsiz zamanlar.
Qara bir ilan kimi
Qəlbimizi sancanlar
Bizdən gen dayansınlar,
Heç nə soruşmasınlar.
...Köhnə dostlar, qardaşlar!
Silahdaşlar, sirdaşlar! –
Qanımızla yazmışıq
Həyat kodeksmizi.
Tükənibdir səbrmiz,
Yaxamızdan əl çəkin,
Rahat buraxın bizi.
Vicdanı itirərək,
Qolumuza girərək,
Qardaş!.. sirdaş!.. deyərək
Bizə az tumar vurun -
Bizə az hiylə qurun.
Çox yanaşı getmişik –
Sizi çox eşitmişik.
Yükünüzü daşıyıb,
Sizin özünüzü də
Sevə-sevə oxşayıb
Bağrımıza basmışıq. –
Qanımız çıxıb dizə.
Min lənət rəddinizə,
Nəsilbənəslinizə.
Nə etibarsızsınız?..
Siz nə üçün varsınız?!..
İnsanlıq bilmirsiniz!..
Nədir axtardığınız,
Məramınız, qəsdiniz?
Yırtıcılıq etməkdən
Məmnun, bihuş, məstsiniz.
Hələ də ovunmayıb
Ağlayır ürəyimiz.
Haramdır çörəyimiz
Sizə boyun əyənə. –
Namərd qılıncınızın
Altından keçir yenə.
O daha bizdən deyil.
Bizim tərəfimizdən,
Şərəfimizdən deyil.
... Tərpənsə ağır daşlar
Çox yuxular qarışar,
Çatılar sarı qaşlar.
Yırtıcılıq canında, -
İşğalçının yanında
Bizim nə işimiz var?!
Çəkdiyimiz müsübət
Olmadımı yetərli,
Etmədimi kifayət?!..
Yenə, yenə döğranaq,
Ayaqlanaq, budanaq?!..
Bəlkə bir az çəkinək,
Həya edək, utanaq,
Lal olaq, danışmayaq
Bu barədə, bu haqda?!..
Çöx görmüşük bu saxda
Nəvazişi, sığalı,
Təşəkkürü, "sağ ol"u.
...Ruhumuzu sarsıdan
Məhrumiyyətlər dolu
İllər keçib aradan.
Heç ağıla gəlməyən,
Sərhəd, hüdud bilməyən
Erməni barbarlığı...
Erməni murdarlığı...
Kəmərlərdə can verən,
Balaca biləkləri,
Qırılmış sümükləri
Bu vəhşət yuvasını,
Rəzalət kahasını
Dünyaya nişan verən
Bizim o qotaz-qotaz
Körpələrin naləsi,
Əzablı hekayəsi:
...Yaradan özü bizə
Səbir əta eləsin,
Dözüm versin, tab versin.
Mənim bu sualıma
İşimizə qarışan,
Artıq - əskik danışan
Erkəyi erkək ərli,
Yubkalı, manikürli,
Dodaqları boyalı,
"Çox abırlı, həyalı"
"Bacılar" cavab versin:
-Xalqımın ilk əsgəri,
Xalqımın ilk şəhidi,
Ümidsizlik fəryadı
Dünyaları bürüyən,
O, kəmərdə çürüyən
Bizim məsum körpənin
Nə günahı var idi?!..
Bağça uşağı idi:
Onun bu gen dünyadan
Umacağı nə idi?!
O bir evin, ocağın,
Xoşbəxtlik tacı idi.
Bir tikə mehribanlıq,
Sevgi möhtacı idi.
Səhərdən axşamacan
Özü kimi balaca
Körpə dostları ilə
Atılıb-düşürdü o.
Gülüb-güləşirdi o.
O hələ dünya nədir,
Sülh nədir, dava nədir? -
Bilmirdi, anlamırdı.
O günəşə, işığa
Çıxmağa tələsirdi.
Oyuncaq maşınını,
Kuklasını gəzirdi.
Ölüm nədir bilmirdi,
Ölümə inanmırdı...
O niyə ölməliydi?
...Napalyon dənələri!
Napalyon gənələri !
Nə etdiniz onda siz?
O "bayram" şərəfinə
Bəyanatlar verdiniz;
"Dünlyanın məsələsi"
Həll olundu!-dediniz.
Heç cınqırımızı da
Çıxarda bilmədik biz
Murdar üzünüz güldü:
Nə idi niyyətiniz?-
Anlaya bilmədiniz:
Şər yuvası o yerdə
Qaranlıq kəmərlərdə
O körpələr ölmədi!-
Vicdan, İnsanlıq öldü.-
Murdar üzünüz güldü.
****
...Son nöqtələr olmadı.
O dəhşətli zamanlar
Daha nələr olmadı?
... Xocalı faciəsi!-
Erməni barbarlığı,
Erməni murdarlığı.
Günün günortasında
Dünyanın ortasında
Dünyanı heç nə sayıb,
Allahın özündən də
Çəkinməyib, qorxmayıb,
Əlindən, ayağından
Divara mismarlayıb,
On üç yaşlı qızımın –
Şirin-şəkər balamın,
O südəmər balamın
Diri-diri alnının,
Sinəsinin, qarnının
Dərisini soydular,
Gözlərini oydular.
Aman Allah!.. Dad Allah! –
Mənim körpə balamı
Gör nə günə qoydular?!..
Balamın əzabından
Kaftarlı, fahişəli
Haylar həzz alırdılar.
O dərisi soyulmuş,
O gözləri oyulmuş
Balam əldən düşürdü,
Haldan, dildən düşürdü,
Onlar əl çalırdılar.
Balam ölənə kimi. –
Soyulmuş bədəninin
Sulu-sulu son qətrə
Qanı gələnə kimi
Şərabdan içirdilər.
Xumarlanıb, keflənib
Böyük Ermənistanın –
Zəhərli bir xülyanın
Yelinə uçurdular.
O murdar, rəzil haylar
Bir-birinə göz vurub,
Saatlarını qurub
Saniyə sayırdılar,
Dəqiqə sayırdılar.
Mənim südəmər balam
Ağrıdan qıvrılırdı ;
Sahibsiz, boş göylərə
Məlul-məlul boylanıb,
Baxıb, göz dolandırıb
Ağlayıb qışqırırdı.
Yeddi dəqiqə sonra
Canını tapşırırdı.
"Tamaşaçı" qatillər
Xaçaturlar, aramalar...
O fahişə əmənlər,
O nüftəsi haramlar,
Xorultusu böhtan, şər
O murdarlar, iyrənclər,
Donuzdan törəmələr
Tüpürüb bıçağına,
Balamı tikə-tikə
Doğrayıb tökürdülər
İtlərin qabağına ...
Yeddi dəqiqə!.. Bir az
O yan, bu yan olsa da
Nəticə aydın idi,
Hesabat dəqiq idi.
Bütün türk dünyasında
Erməni vahiməsi,
Xofu yaratmaq üçün,
Məqsədə çatmaq üçün
Bu da yaxşı təcrübə,
Tədqiqat, tədqiq idi.
Avropalı cənablar
Bu qanlı faciəni
Kitablardan oxuyub-
Çiçək kimi qoxuyub
Məst olub gedirdilər.
Darılmayıb, gör hələ
Oynayıb gülə-gülə
Nə xəyal edirdilər :
Dünyanın ən humanist,
Xeyirxah, ədalətli
Xalqı olduqlarına ;
Guya hamıdan artıq
Yetkinləşib kamala,
Ağla dolduqlarına
Əminlikdən dolayı
Şadyanalıq eləyib
Şərəfyab olurdular
Feyzyab olurdular.
Onlar, o imansızlar,
Vicdansızlar, qansızlar
Nə göz yaşı axıdıb,
Nə də saç yolurdular.
****
Ay "humanist, sülhpərvər,
Ləyaqətli, xilaskar"
Avropalı cənablar!
Sizin də gözünüz var,
Seçin ağı qaradan
Budur, budur, bax budur
İnsanlığı sarsıdan.
Heç ağıla gəlməyən
Sərhəd, hüdud bilməyən
Erməni barbarlığı,
Erməni murdarlığı.
Bəşərə təhlükədir,
İnsanlığa ləkədir
Erməni mövcudluğu,
Gerçəkliyi, varlığı.
Avropalı cənablar!
Cənab Avropalılar!
Çox gözəl bilirsiniz
Kim yolluyuq, biz kimik?-
Biz sizdən çox qədimik.
Kökümüz, əslimiz var.
Tarixlərin şöhrəti
Qəhrəman nəslimiz var.
Dönə-dönə tapşırıb
Demisiniz, bilirik.
Biz də ömür sürmüşük
Görə-görə gəlirik.
Ermənilər "bacınız",
Turan eli özgədir.
Onda buyurun, baxın :
Bu barbarlıq, murdarlıq
Sizin üçün güzgüdür.
Özünüzü tanıyın ;
Dünya zarafat deyil
Avropalı cənablar !..
Sağı, solu görməyib ;
Ölümlərə, qanlara,
Bir nəzər yetirməyib
Boş, mənasız, faydasız
Söz danışmağa nə var ?
Təmiz, xoş niyyət ilə
Havadarlıq eləmək !.
Hamıya rahat həyat,
Firavanlıq diləmək !-
Kim alqışlamaz bunu?..
Dünya yaxşı tanıyır
Kimin kim olduğunu.
Bu qarışıq zamanda,
Bu dolaşıq zamanda
Avropalı cənablar !
İnsafın, mürüvvətin
Harada qaldığını,
Bozarmış, köhnə, nimdaş
Qəlbinin yırtığından
Harada saldığını
Vecinə almayan var.
Erməni tənha deyil,
Yazıq, binava deyil
Köhnə "bacılarsınız",
Bir-birinizə həyan,
Doğma, əzizlərsiniz.
Havadarlıq eləyib
Qəddarı daha qəddar,
Murdarı daha murdar
Eləyən sizlərsiniz.
Avropalı cənablar !
Bu barbarlıq, murdarlıq,
Bu cəlladlıq, qəddarlıq
Nə birinci kərədir,
Nə sonuncu kərədir,
On üç yaşlı balamın
Əzablarına görə
Mənim nə nifrətim var,
Hamısı sizlərədir.
Avropalı cənablar !
Gözünüzün önündə
Körpələr şaqqalanır,
Tikə-tikə doğranır. –
Dayan deyən olmur heç.
Siz insan deyilsiniz ! –
Vicdanınız ağrımır,
Gözləriniz dolmur heç.
Söz ağlayır dilimdə ;
Hirsimdən, acığımdan
Qələm tutmur əlim də.
Baxıram bir kənardan.
Danışan, haray salan,
Fəryad edən ürəkdir :
-Avropalı cənablar !
Sizi qınamıram mən.
Namus, qeyrət, ləyaqət
Gözləmirəm sizlərdən .
Türkün kim olduğunu,
Necə təmiz, pak olan
Müqəddəs bir anadan
Kişi doğulduğunu
Duyub-dərk etmək üçün,
Kamala yetmək üçün
Sizə zaman gərəkdir.
Hələ sizə çox sınaq,
Çox imtahan gərəkdir.
Ancaq bu gün, bu saat
Sizə haramdır həyat !
Avropalı cənablar !
Tanrı möhlət versəydi,
İmkan, qüvvət versəydi
On üç yaşlı qızımın –
Şirin-şəkər balamın,
O südəmər balamın
Əzablarına əvəz
Başınıza göylərdən
Atəş, od ələyərdim.
Dünyanın bir küncünə -
Ya dərya kənarına,
Ya da bir cəngəlliyə
Anlaqsız, quduz olmuş
Heyvan sürüsü kimi
Toplayıb, yığıb sizi,
Gözlərimi yumub mən,
Bir anda uf demədən
Kəsərdim nəslinizi.
Yaradana şükürlər,
Dualar eləyərdim.
Avropalı cənablar !
Mənim adətim deyil –
Fürsəti bada verib,
Yarımçılıq iş görüb
Həyatımı kəm etmək :
Bir dərənin dibində
Çürüdüb leşinizi
Qurda-quşa yem etmək
Kaş qismətim olaydı. –
O qüdrətim olaydı !
Yenə, yenə, yenə də
Soyumazdı ürəyim,
Açılmazdı çiçəyim.
****
Şöhrətimiz, adımız...
Qələbə paradımız...
Dünyada daşdan keçən
Sözümüz, buyruğumuz.
Şərin başını yaran
Öz DƏMİR YUMRUĞUMUZ...
Guya avropalılar
Dünyaya sahib imiş.
Hər xırda işdə belə,
Ağır görüşdə belə
Guya çox vacib imiş
Onların fikri, rəyi.
Nəyi qadağan edib
Nəyə doğru deməyi.
Avropalı cənablar
Dünyanı zərrə-zərrə
Mikroskopdan keçirib, -
Sağa nəzər yetirib
Sola diqqət edirlər.
Guya qeyrətə gəlib,
Özlərinə borc bilib
Hamını ədalətə,
İnsafa, mürüvvətə,
İnsanlığa, şəfqətə
Haqqa dəvət edirlər.-
Nə böyük riyakarlıq?!..
Rəzalət, fitnəkarlıq?!..
... Bu dünyanın yiyəsi
İlahi, nə çox imiş?!..
Xəbərimiz yox imiş :
Deyirlər: güllə dəyib
Kilsənin suvağına,
Kərpicinə, damına.
Onun burnu qanayıb,
Ayağına daş dəyib -
Bərk dəyib, yavaş dəyib?
Sorğu, sual edirlər,
Xiffət, məlal edirlər
Üstümüzə gəlirlər :
- Düz yoldan çıxmısınız.,
Siz əyri baxmısınız
Dünyanın adamına.
"Düz yoldan çıxmısınız,
Siz əyri baxmısınız
Dünyanın adamına...
Sizin bir güllə dəyib
Kilsənin suvağına,
Kərpicinə, damına..."
- Nitqə bax, çıxışa bax!..
Yerə, göyə sığmayan
Humanist baxışa bax!..
Avropalı "qoçular"
O qaragüruhçular
Bizim xalqı, milləti
Nə hesab eləyirlər?
Bizim xaraba qalmış,
Viran olmuş, dağılmış
Yurdları, yuvaları,
Kəndləri, obaları
Onlar görmürlər məgər?!..
Ayıq-sayıqlığını
Heç zaman itirməyib,
Düşmən üz bozartmasa
Xeyirxah, mərd əlinə
Bir daş da götürməyib
Bizim Turan elləri.
Nə yuvanın quşudur,
Kimdir Avropalılar? –
- Dünyanın bayquşudur!
Xarabazarlıq gəzir.
Qocalıb, dizi əsir.
Onların qulağı kar,
Huşu itib, gözü kor!..
Nə uzundur dilləri?!..
Ehtiyacları olsa
Onlar böyük tarixçi,
Odlu, alovlu natiq,
Mütəfəkkir, navator.
Bəs nə baş verib indi?
Külək hayandan əsdi?-
Qərblilər olub xumar, -
Dünyadan xəbərsizdir,
Tarixçi deyil onlar.
Məstlikdən ayılmayıb, -
Vərganı selə verib,
Onlar çoxdan itirib
Ərzin cəhətlərini.
Tanrı rəva bilmədi,
Nazildi, üzülmədi
Haqq tapdı öz yerini.
Qərbin xuliqanlığı,
Hökmü, hökmranlığı
Sarsıldı, sona yetdi.
Tapındı həqiqətə,
Vicdana, ləyaqətə,
Dünya ayrı bir səmtə
Üz tutdu, güzar etdi.
Xumar gözlər süzülür,
Mırıldayırlar hələ:
Kilsənin damı belə,
Suvağı elə getdi!..
Utanmaq, xəcalət yox.
Abır, həya, ismət yox.
Bu boyda kainatda
Gözləri yaşlı, nəmli,
Tənha, köməksiz qalan,
Diri-diri soyulan
On üç yaşlı balamın
Əzablarına görə
Gen dünya başıma dar.
Mənim nə yaşayışım
Nə günüm, rüzgarım var,
Sınıb yanıma düşüb
Mənim qolum, qanadım.
Zəhərdir, zəhrimardır
Bütün ömrüm, həyatım.
****
Xocalıdan bu yana
Yuxum ərşə çəkilib.
Sakit dura bilmirəm,
Dinc otura bilmirəm.
Yuvasız bir qartalam,
Yuva qura bilmirəm -
Qəzəbim aşıb-daşır.
İndi zaman başqadır.
İndi dövran başqadır.
Düşmən üçün qorxudur,
Vahimədir kölgəmiz.
Turan kitabımızda -
Bizim hesabımızda
Hər doğulan körpəmiz
Beşik yaşında belə
Qəhrəman, qədd-qamətli,
Tufanlı, cəsarətli
Qeyrət çəkən kişidir.
Xəbər çatıb mənə də
Qulaqlarım eşidir :
Bizim Turan elində
Çoxdan yada düşməyən,
Köhnəlmiş, unudulmuş
Bir söz-söhbət dolaşır. -
Qızışır, tüğyan edir.
Dünyanı silkələyir. -
Yapışıb yaxasından
Bir dön geri bax deyir.
Gizlin söhbətimiz yox.
Ucuz qeybətimiz yox.
Üz-üzə dayanmışıq,
Göz-gözə dayanmışıq.
Bu elin, bu obanın
Mən də bir yazan əli,
Aydın danışan dili.
Dünya, sözüm sənədir :
- Bizi, özünü tanı !
Etibar, vicdan hanı ?
Bu namərdlik, nankorluq,
Bu kəmfürsətlik nədir ?
Bu biqeyrətlik nədir ?-
Qəzəbim aşıb-daşır.
Bizim Turan elində
Bir söz-söhbət dolaşır.
Qızışır tüğyan edir,
Silahlı üsyan edir:
- Deyirlər Əmir Teymur
Buralardan keçəndə,
Dəstəmazını alıb,
Namazını da qılıb,
Kefi kök, damağı çağ
Bulaqdan su içəndə,
Erməni casusundan
Necə murdarlıq görüb,
Bütün ermənilərin
Qətlinə fərman verib.
Əmirin qərarından
Göylər də razı qalıb.
Yer üzünə, dünyaya
Gur işıq, nur ələyib.
Əmirin öz anası
Ordunun qabağında
Ləçək açıb Əmirdən
İnsaf, imdad diləyib.
Türk oğlu anasının
Sözünü, ricasını
Göylərdən, səmalardan
Aşağı endirməyib –
Ananı sındırmayıb.
Bunu öz qüdrətinə,
Şanına, şövkətinə,
Hökmdar qüruruna
Əmir yaraşdırmayıb. -
Murdar ermənilərin
Hamısını qırmayıb
...Avropalı cənablar!..
Yuxumuzda görürük
Yaşadığımız dünya –
Ərz əmin-amanlıqdır!..
Şirindirmi bu xülya?
Avropalı cənablar!
Duyuram, sizin üçün
Çox suala cavablar
Hələ də qaranlıqdır.
Tarixin sərt qanunu
Ilgəyində saxlayıb
Hamımızın boynunu.
Batırıq iynə kimi
O xayin gözünüzə -
Kitablar açıb, sizə
Vicdan dərsi veririk.
Yaşamaq öyrədirik,
Döğru yol göstəririk.
Aydın, sakit üfiqlər,
Toy-bayram istəyirik.
Xoş rəftar, şad, gülər üz,
Ehtiram istəyirik,
Başımızın üstündə
Qara yellər əsməsin.
Ev tiksin, ev yıxmağa
Insanlar tələsməsin.
Müharibə eləmək
Vəşilik, yırtıcılıq,
Qırğın, qan tökmək deyil
Varidat, müftə sərvət,
Xəzinə, dollar qulu
Bəzi axmaqlar üçün,
Dəyyus, alçaqlar üçün
Gəzinti, istirahət, -
Turizimdir elə bil.
Ordan bura gəlirlər,
Burdan ora gedirlər.
Adamlar öldürürlər –
Ümüdlər söndürürlər,
Ölkələr talayırlar –
Guya böyük, tarixi
Qəhramanlıq edirlər.
...Biz Adəm ovladıyıq!
Qədəm-qədəm adlayıb
Biz eralar aşmışıq.
Nadanlıq eləmişik –
Eyni süfrə başından
Qalxıb qılınclaşmışıq.
Başımız kəsilibdir,
Qanımız göl olubdur.
Bəşəriyyət anadan
Yenidən doğulubdur.
Yenidən göz açmamış
Bələkdə boğulubdur.
Üzü bəriyik bir az.
Belə ibtidailik,
Cahillik, xamlıq olmaz.
Əski əyyamlıq olmaz.
Odur, "gözünüz aydın!" –
Qoruyaq bəd nəzərdən,
Qoymayaq gəlsin gözə, -
Başına yığışıb el,
Qol açıb süzə-süzə
Şəhid olan Oğluna
Toy çaldırır bir Ana!
O çarəsiz ananın
Hava gəlib başına.
Özü inana bilmir
Özünün təlaşına.
Nə təhər ovundurmaq,
Nə demək olar ona?!..
Düşmənimiz də bu gün
"Dost!"- çağırsın adını.
Birlikdə yola çıxaq,
İşığa, nura doğru
Halal yolçuluq edək,
Qulaq verək, eşidək
Bəşərin fəryadını:
- Avropalı cənablar!
Bəsdir qanlar, əzablar,
Ölümlər, iztirablar!..
Yolunuzu azmayın ;
Ona papaq atmayın,
Buna quyu qazmayın;
Təbiətin, həyatın
Nizamını pozmayın.
Dünya hamımızındır!..
O dumanlı, çiskinli
London küçələri də,
Piterin gündüz kimi
Bəyaz gecələri də,
Kanada da bizimdir,
Panama da bizimdir...
Dünya hamımızındır!..
Bizim bir kürəmiz var,
Çox şükür, bəsimizdir.
Təzədir donumuz da.
Tabağımız da dolu, -
Urfalıq unumuz da,
Bir qismət, bir tikə də
Halal çörəyimiz var...
Bizim bir kürəmiz var
...Bəhərsiz torpağımız,
Daşımız ola bilər;
Tumarsız saqqalımız,
Başımız ola bilər;
Gözümüzün üstündə
Qaşımız ola bilər. –
Gözlər yaşla dolmasın!
Heç bir zaman olmasın
Qanlı, qadalı günlər !
Əl tutub görüşsünlər –
Adamlar bir-birindən
Vəfa, etibar görsün.
Yarpaq da bükülməsin,
Qovrulub ütülməsin.
Ağaclar da vaxtında
Çiçək açsın, bar versin.
Bar tutan budaqların
Başları yerə dəysin.
Mübahlıq, bolluq olsun;
Küfr danışmasınlar –
Insanlar yaradana
Şükran duyğusu ilə
Səcdə etsin, baş əysin.
...Avropalı cənablar!
Çıxmasın yadınızdan:
Mənfur ermənilərin
Kökünü kəsmək üçün
Əlimizdə bir zaman
Fürsət, imkan olsa da
Insanlıq etmişik biz. –
Vicdanın hökmü ilə
Güzəştə getmişik biz.
Unutmayın bir an da:
Döyüş, hərb meydanında
Türklər at oynadanda
Kim idiniz siz onda?!..
Avropalı cənablar!
Biz yaxşı tanıyırıq
Kimin kim olduğunu.
Kim dana bilər bunu? –
Eraları titrədən,
Dünyanın bu başından
O başına əzmlə
Qoşun çəkən, yeridən
Əcdadımız, kökümüz;
Aydan arılığımız,
Sudan duruluğumuz,
Dağdan ağırlığımız,
Nüfuzumuz, çəkimiz;
Bu şan, bu şövkət ilə,
Bu güc, bu qüdrət ilə
Namərdlik etmirik biz,
Fitvaya getmirik biz.
Uymayıb cəhalətə, –
Hər xalqa, hər millətə
Xoş günlər diləyirik.
Ancaq bir türk olaraq
Etiraf eləyirik:
- Biz yaranandan bəri, -
Xəlq olunandan bəri
Kin, nifrət bilməmişik,
Ədavət bilməmişik,
Xəyanət bilməmişik.
Olmamışıq nainsaf,
Yaşamışıq təmiz, saf !
Müxtəsəri, bir kəlmə:
Zalımlıq damarımız
Yoxdur anadan gəlmə.
Bağışlamaq, rəhm etmək!..
Düşmənlə də dil tapıb,
Yol tapıb yola getmək!..
Xeyrə-şərə yanaşı.
Birgə, qol-qola getmək!..
Bağışlamaq, rəhm etmək!..
...Bu gün özüm özümlə
Haqqım var hesab çəkim.
Bütün varlığımıza,
Mənliyimizə hakim
Könül rahatlığımız,
Bizim ruhumuz budur.
"Bəşəri günahımız" –
Qaranlıq sabahımız,
Sağalmayan yaramız,
Acı, bəd rüzgarımız,
Qara yuxumuz budur.
Söhbət budur, söz budur
Döğru budur, düz budur.
Bu eşq, bu amal ilə
Gedirik bu yol ilə.
Düşsək də min bəlaya,
Şükür sənə, Xudaya! -
Imdadımıza çatıb –
Kömək əli uzadıb
Yapışıb qolumuzdan
Saxlama yolumuzdan,
Çox xahiş eləyirik.
Sənin saxavətindən,
Sənin kəramətindən
Bu gün də biz hamımız
Qocamız, cavanımız
Mehrə, mehribanlığa,
Haqqa, firavanlığa,
Bəşərə, insanlığa
Sitayiş eləyirik...
***
... Son nöqtələr olmadı,
O dəhşətli zamanlar
Daha nələr olmadı?!
... Torpaqların işğalı,
Bir milyon qaçqınımız.
...Cəllad əsirliyində
Neçə gəlin, neçə qız...
***
(Belə danışan yerdə,
Elə danışan yerdə
Qoy məni vurğun vursun,
Dilim, ağzım qurusun.)
...Düşmən əsirliyində,
"Gəlin-qız" deyiləndə
Əskik oğullar kimi
Dünya bizə baxırdı.
Qeyrət bizi boğurdu.
Belə yaşamaq bizə
Ölümdən də betərdi.
... Məqam çatdı, yetişdi,
Nə fürsət axtarıldı,
Nə "İZİN" yada düşdü.
Ali Baş Komandanım
Əmr etdi, qərar verdi.
Komandan alqışlandı,
Qanlı döyüş başlandı.
Ağ qanadlı mələklər,
Göylərdə dövrə vurdu.
Ayıq-sayıq 44 gün,
Başımızın üstündə
Burda, keşikdə durdu.
Yağı nəfəs dərməmiş,
İlk saatdan, ilk andan,
Ağır toplar gurladı,
Düşmən düşdü amandan...
Özü amansızlığın
Ocağı ola-ola,
Gözləri dola-dola
Başını daşa vurub
Yalvarıb, boyun burub,
Bizdən aman istədi.
Bir az zaman istədi.
Yenə payəndaz olub,
Sərilib palaz olub
Onun-bunun dizinin,
Ən murdar əzasinin,
Əsbabının altında
Hər alçaqlığa getdi.-
Alçaqlıqdan doylmadı.
Rüsvayi-cahan etdi,
Səsində batdı adı.
O ki var murdarladı,
Işıqucu qoymadı
Özündə, əcdadında.
Baş yolub, yaxa cırıb,
Qulun kimi çığırıb:
Afrika çaqqalından,
Hindistn baqqalından ,
Tayqa bataqlığından,
Paris bacılığından,
Amazon meşəsindən,
Fars-İran nəşəsindən –
Dünyanın ən yiyəsiz,
Təsbehli, əmmaməli,
Əngəlli guşəsindən
Qılınc, qırmanc istədi.
Ümidi boşa çəxdı.
Əli qaldı havada.
Daha da gərginləşdi,
Şiddətləndi dava da.
Ağ tuman-köynək geyib
"Təmiz, pak oldum!"-deyib
Dikə, yoxuşa çıxdı.
Gözünü göyə dikib,
Dönə-dönə xaç çəkib,
Canını üzə-üzə
Yalvar-yaxar eləyib
O, gözəgörünməzə
Ondan əlac istədi,
Qılınc, qırmanc istədi...
***
...Hərbi komissarlıqda,
Azərbaycan bayrağı
Şəstlə dalğalanırdı.
Ürəklər coşqun idi,
Gözlərdə od yanırdı.
İntizamla, nizamla,
Qətiyyətlə, inamla
Növbələr uzanırdı.
Oğullar tələsirdi –
Düşmənə zərbə vurub
Qələbələr çalırdı,
Zəfərlər qazanırdı.
***
Bizim polad sinəli
Igid oğullarımız
Silaha sarıldılar,
Sırada dayandılar.
Nə qarda üşüdülər,
Nə şaxtada dondular.
Cəsur ürəklərinin
Oduna qızındılar.
Mətin addımladılar,
Döyüşə atıldılar.
Bizim cəngavərlərin
Şimşək çaxdı gözündə,
Araz daşdı qəlbində,
Kür kükrədi qolunda.
Vətən, millət yolunda
Onlar tək-tək öldülər,
Tək-tək həlak oldular!
Tarixi keşməkeşli-
Təlatümlü, qovğalı,
Möhtərəm, qədim, ulu
Xalqımıza əbədi
Ölməzlik qazandılar. –
Əbədi bəxtiyarlıq,
Şərəf-şan qazandılar.
Qüdrətli Azərbaycan! -
Əsrin hesablaşdığı
Yurd, ünvan qazandılar.
Onlar tək-tək öldülər! -
O ərlər, o igidlər,
O qəhraman şəhidlər
Bizə ruh, həyat verib ,
Nəfəs, qol-qanad verib,
Xəcalət tərimizi
Alnımızdan sildilər.
****
Qarı düşmənlərimiz
Susmaq bilmirdi hələ.
Darmadağın edilib
Təslim olsalar belə
Yıxılıb ölmürdülər -
Ağıla gəlmirdilər.
Bizim qələbəmizi,
Şanlı zəfərimizi
Həzm edə bilmirdilər.
Zaman kəlbətin idi,
Qolu zora düşmüşdü.
Çünki "Artsax" mərəzi
Bir köhnə azar kimi,
Bir paslı mismar kimi
Mənfur ermənilərin
İliyinə, qanına,
Sümüyünə, canına
O qədər geyişmişdi,
Onu oradan çəkib
Çıxartmaq çətin idi.
"Kiş!.. Kiş!.." ilə heç zaman
Çıxmaz donuz darıdan ! -
Bu söz yadigar qalıb
Bizə ata-babadan.
Qulağımızda sırğa,
Yadımızdadır hər an .
Elə bu an, bu zaman
Bir səda gəlir haqdan:
- Şair, vaxtımız azdır ;
Tuş gəlməmiş qınağa
Fikrini aydın söylə
Gen gəz söz oynatmaqdan.
..."Kiş!.. Kiş!.." ilə heç zaman
Çıxmaz donuz darıdan ! -
Döğrudan da beləymiş ! -
30 il davam edən
Danışıqlar, söhbətlər
Hamısı küy -kələymiş !..
Divan-dərə, haqq nədir?..
Torpaq qaytarmaq nədir?..
Murdar düşmənlərimiz
Şiniyib durmuşdular,
Nıx deyib durmuşdular.
Elə qudurmuşdular
Özlərinə qəhraman,
İgid, cəbhələr yaran
Qoçaq xalq deyirdilər.
Bizə məğmun, cürətsiz,
Cəsarətsiz, taqətsiz,
Qorxaq xalq deyirdilər...
Ancaq düşmənlərimiz
Döyüş meydanlarında
Dəmir yumruğumuzun
Zərbələri altında
Açaq, murdar qanına
Qəltan olandan sonra;
Naçar, əlacsız qalıb
Sarsaq, sərsəm gözləri
Yaşla dolandan sonra
Daldalıqda, batində -
Damda, divar dibində
Zülüm-zülüm ağlayıb ,
İtib-batanlarına
Matəm, hüzn saxlayıb
Aşkarlıqda, zahirdə
Hövl edib bir də, bir də
Sağ yana hürürdülər,
Sol yanı qapırdılar.
Tribunalar qurub,
Əfsanələr uydurub
Nağıllar demək ilə,
Fəryad eləmək ilə
Təsəlli tapırdılar :
- "Dünən ağlatdığımız ,
Diri-diri alova,
Tonqala atdığımız
Adamlar deyil bunlar
Ayrı çinlər, poqonlar,
Ayrı gözlər, qeyzlər,
Ayrı hiddətlər, hirslər,
Ayrı əllər var burda.
Harda görünüb, harda ?!.
Deşmir top mərmisi də ! -
Nəsildəndir, zatdandır -
Sinə də poladdandır
Bu ayrı adamlarda.
İrəvan qan ağlayır:
Tək qalıb təklənmişik,
Qırılib tükənmişik .
Başımız nələr çəkir?!..
Dünya da bunu görür.
Ancaq "Böyük bacımız"
Bizə xəbər çatdırıb
Təzə tapşırıq verir:
- Ağrıdağ orda qalıb, -
Çətində, darda qalıb.
Nə Qarbağ, nə filan?!..
İndi daha möhtəşəm,
Əzəmətlidir plan.
Daha genişdir meydan.
Daha böyükdür imkan.
Laçında, Kəlbəcərdə,
Şuşada, Ağdərədə,
Ağdam deyilən yerdə,
Daşaltıda, - orada! -
Daha haçan, harada?!..
Gözlərindən o dəhşət,
Qorxu çəkilib məgər?
Xocalı faciyəsi! -
Ağrımır, qövr eləmir?!..
O cür dərin yaranın
Hovu çəkilib məgər?
Rahatlıq tapa bilməz,
Arxayın yata bilməz;
Qalxıb qorxaq əlləri
Silah da tuta bilməz
Sinəsindən vurmuşuq,
İnadını qırmışıq,
Gözlərinin tovunu
Çoxdan almışıq türkün.
İndi bu saat, bu gün
Bizim tərəfimizdə,
Qolumuzun gücüdür,
Yanımızdadır Zaman.
Burnunu ovmaliyiq,
Birbəbir qovmalıyıq, -
Biz Türkün ayağını
Kəsməliyik Qafqazdan!
Qisas zamanı gəlib,
Məqamı, anı gəlib.
Yandan ötüb getməyin,
Fürsəti fövt etməyin.
Uşaq-böyük bilməyin;
Hər gözə sataşanı,
Ayağa dolaşanı
Döğrayın, tikələyin.
Birdəfəlik, biryolluq
Bu türkün "xatasını",
"Şərini", "Bəlasını"
Başımızdan eləyin.
Vicdan nədir?-unudun!..
Çaşmış, həddini aşmış,
Daha da azğınlaşmış
Tarixi düşmənlərin
Qanına şüşə tutun,
Qanı şüşəyə axsın.
Onun bir damcısı da
Torpağa tökülməsin.
Yerlərin bərəkəti
Göylərə çəkilməsin.
Təmizlənək onlardan, -
O natəmiz qanlardan .
Vicdan nədir? –unudun.
Tarixi düşmənlərin
Qanına şüşə tutun,
Qanı şüşəyə axsın.
Onlar çox gecikməsin,
Gözünü açıb baxsın
Bizi yaxşı tanısın,
Anlasın başa düşsün,
Türkün əcdadaları da
Səksənsin məzarında,
Xofa, təlaşa düşsün.
Bizim hüzurumuzda
Zağ-zağ əssin, titrəsin.
"Mütərəqqi" Avropa
Böyük iftixar ilə
Sizə "afərin!"-desin.
Sizi bağrına bassın,
Oxşasın, əzizləsin...
Hələlik, canı budur
Sualımın, sorğumun:
Cumun, Bakıya cumun! -
Çəkinməyin, qorxmayın,
Yubanmayın, amandır.
Yaddaşınızdan silin
Sehrkarı, sehri .
Arxayın olun, bilin,
Dilsiz qoyunun yemi
Arpadır, vələmirdir.
O ayrı adamların
Sinəsinin zirehi
Nə daşdır, nə dəmirdir, -
Çitdəndir, cunadandır.
Qorxub "çit"dən, "cuna"dan
Qaçmaq olmaz meydandan.
Hər əli silahlıdan -
Qaraltıdan, kölgədən
Hürkməyin, xoflanmayın,
Ayaq geri qoymayın.
Qoy düşmən sevinməsin
Ayaqsızıq, əlsizik;
Əsl sahibi bizik
Küləklər şəhərinin,
Xəzər sahiullərinin –
O barlı, bərəkətli,
Qızıldan da qiymətli
Daşın, torpağın, qumun.
Cumun, Bakıya cumun!-
Elə ki, Bakımızı
Fəth etdiniz, aldınız
"Urra!" – deyin ucadan.
Bakıda Şaumyana -
"O şanlı qəhramana"
Başı göylərə çatan
Bir heykəl ucaldınız...
...Biz də axmaq deyilik ; -
Qanmaz uşaq deyilik
Biz də çörəyimizi
Qulağımızla deyil.
Ağzımızla yeyirik .
Bu gün bütün dünyaya
Car çəkirik, deyirik,
Zülm, od ayaqlayıb
Bəla çəkib deyirik,
Nalə çəkib deyirik,
Dünyada hamıdan çox
Bizə ürəyi yanan,
Arxamızda dayanan
Öz "süd anamızı"da
Xəbərdar eləyirik:
- Dünən ağlatdığımız,
Diri-diri alova,
Tonqala atdığımız
Adamlar deyil bunlar.
Ayrı çinlər, poqonlar,
Ayrı şərtlər, diktələr
Ayrı nitqlər, hikkələr,
Ayrı dillər var burda.
Belə güc, belə qüdrət ,
Belə cürət, cəsarət
Harda görünüb, harda?
Deşmir top mərmisi də! -
Nəsildəndir, zatdandır -
Sinə də poladdandır
Bu ayrı adamlarda.
Şübhəsiz, bu adamlar
Ayrı yandan gəliblər.
Biz başı batmışların,
Günləri qara gəlib
Bəxtləri yatmışların
Heç xəbəri olmayıb. -
Bəlkə də bu adamlar
Lap bizim yanımızdan:
Elə bu İrəvandan,
Ya da köhnə yurdumuz
Dost Livandan gəliblər?!..
Biz görürük bu xına
Heç o xınadan deyil!
Bu ayrı adamların
Bizə "doğmalığı" var.
Yoxsa, bu qədər qəddar,
Qansız, amansız qatil
Ola bilməzdi onlar
***
Düşüncəmiz yorulub,
Gözlərimiz kor olub
Qaramı basır bizi? -
Heç tanıya bilmirik
Özümüz özümüzü.
Nə deyək zəmanəyə?
Bizim taleyimizi
Yazan belə yazıbdır.
Bəd yuxular görürük ;
Bizim bəd yuxuları
Yozan belə yozubdur:
- O, ayrı adamların -
Onların şikarıyıq!
Ərəsati-məhşəri
Haçan yada salmışdıq?
Dünən o vurhavurda
Çox adamların burda
Biz canını almışdıq!
Əvəzini onlara -
O ayrı adamlara
Birə min qaytarırıq. –
Onların şikarıyıq!
Qartal kimi şığıyıb
Ley kimi gəlir onlar
Səmadan üstümüzə .
Başımız bəladadır :
Torpaq çəkir kamına,
Göy durub qəsdimizə.
Naləmizi eşidib ,
Yəqin, fəryadımız da
Ona çatıb, yetişib .
Olsa lap Ərzurumda,
Yubanmasın bir an da
Qoy gəlsin Qara keşiş
Qəbrimizi qazdırsın.
Bu meyitləri yusun,
Geyindirib basdırsin.
Bitib, tükənib daha
Bizim iqtidarımız.
Boğazımız kəndirdə ;
Hanı, hanı, bəs hanı
Tiqran babalarımız?!..
Bəlkə qalxıb məzardan
Bir quru canımızı
Onlar qurtarsın dardan?!...
Müdhiş həyatımızı
Onlar yoluna qoysun?!...
Onlar dua eləsin,
Tanrı bizi qorusun.
Axı: "Vurun!.. Öldürün!..
Parçalayın!.. Dağıdın!..
Qan tökün!.. Qan axıdın!.." -
Onlar bizə demişdi -
Vəsiyyət eləmişdi,
Kitablarda yazmışdı,
Daşlar üstə qazmışdı..."
...Bəli, bu minval ilə
Bu hal, bu əhval ilə
Qəddar düşmənlərimiz
Bizim ağır, möhtəşəm
Dəmir yumruğumuzun
Zərbələri altında
Başlarını itirib,
Zarıyıb, inildəyib
Sayıqlayirdı belə.
Murdar ağızlarına
Gələni deyirdilər. -
Guya düz edirdilər.
Anlamırdılar hələ
Sözün ucundan tutub
Ucuzluğa, heçliyə,
Puçluğa gedirdilər.
Nə var, nə var ortada? -
Fürsət getmişdi bada.
Yüz illik bəyanatlar,
Qərarlar, hesabatlar,
Fərziyyələr, gümanlar,
"Dəqiq", hazır planlar
Başdan ayağa kimi
Xatalı, səhv olmuşdu:
O "Böyük Ermənistan!" -
Yüz illərin xülyası
Yüz minlik ordumuzun
Sücaəti önündə
Yüz yox, heç 44 gün də
Duruş gətirməmişdi -
Əbədi məhv olmuşdu.
...30 il murdar düşmən
Yurdumuzda turp əkdi,
Başımız nələr çəkdi!..
Belə iftira, hədiyan
Insanlıq görməmişdi.
...Bəşər sayıqlığını
Ancaq itirməmişdi.
Bütün dünya görürdü:
Ərzin suallarına,
Əsrin suallarına
Mükəmməl, aydın, dürüst
Ali Baş Komandanım
Özü cavab verirdi.
Rəhbərimin dilindən
Hamı bunu eşitdi
Yer də, Göy də şahiddi:
- Qələbəni qazanan
Vətən oğullarının
İgidliyi, mərdliyi
Qüdrəti, hünəriydi!-
Bu söz başdan, binadan
Ali Baş Komandanın
Dilinin əzbəriydi.
Rəhbərimiz dünyanın
Harasına gedirdi,
Böyük iftixar ilə
Haqqı bəyan edirdi.
Xalqımın qüdrətindən
Bütün dünya xalqları
Xəbərdar olurdular.
Bizi istəməyənlər,
Bu gün də lovğalanıb
Qan-qan deyən düşmənlər
İçəridən burxulub,
Əzilib, ovxalanıb
Tarımar olurdular.
Dərin bir köks ötürüb
"Bu nədir?!" deyirdilər.
Qara dəsmal götürüb
Qara da geyirdilər.
Matəm yaşayırdılar –
Darmadağın olmuşdu
Erməni yalanları,
Erməni böhtanları.
Dünya daha onlara –
Haylara inanmırdı.
Haylar bunu qanmırdı, -
Fitnəkarlıq etməkdən
Yorulub-usanmırdı.
Haylar hələ qanmırdı:
O köhnə körpüləri
Sellər-sular apardı.
Əsr-əsr onların –
Rəzil ermənilərin,
Xaltalı məlunların,
Xatalı məlunların
Ən kəsərli silahı,
Yenməz həyat mənbəyi,
Mənfur istinadgahı
"Məzlum erməni xalqı"
Obrazı, anlayışı –
Məkrli daşnaq daşı
Yaddaşlardan əbədi
Silinirdi, çıxırdı.
Indi onun yerində
Dünyanın nəzərində
Faşistlərdən də betər
"Məğlub işğalçı" vardı.
O köhnə körpüləri
Sellər, sular apardı.
"Məzlum erməni xalqı"
Yaddaşlardan əbədi
Silinirdi, çıxırdı.
Dünya bizə baxırdı. –
Yenidən tanıyırdı
Bizim odlar yurdunu –
Bizim Azərbaycanı.
Dünya nəfəs dərmədən
Müzəffər Komandanı –
Rəhbəri dinləyirdi.
Rəhbər izah edirdi,
Rəhbər nə var deyirdi.
...Qədir bilən xalqımız
Tarix boyu heç kəsin
Haqqını itirməyib;
Nahaqqa arxa durub
Haqdan üz çevirməyib –
Haqqı bada verməyib.
Biz hamımız bilirdik:
Qərarımız doğru, düz,
Fikrimiz qəti idi.
Rəhbərin qətiyyəti
Sarsılmaz iradəsi,
Cəsarəti, cürəti
Bizim zəfərimizin
Ən vacib şərti idi.
O tarixi günlərdə
Düşmən fitvası ilə
Üstümüzə dörd yandan
Leysan kimi yağırdı
Iftira, quru böhtan.
Bütün bu hücumlara –
Sifarişli, amansız
"Qəyyumlu" hücümlara
Sinə gərən qəhraman,
Rəhbər-O cəsur İnsan,
Vüqarlı, məğrur İnsan
Fərəhlə danışırdı
Dünyanı heyran edən
Ordumuzun gücündən...
...Bu şan-şöhrət, əzəmət,
Qüdrət bizimdir deyə
Sığmırdıq yerə, göyə,
Gözümüz yaşarırdı
Qələbə sevincindən.
Rəhbər izah edirdi,
Rəhbər nə var deyirdi,
Təkrar-təkrar deyirdi:
- Tarixin ən şərəfli
Anlarını yaşayan
Xalqımın, millətimin
Bu azad, xoş günləri,
Toyları, düyünləri
Mənim səadətimdir.
Ruhumun yüksəkliyi,
Qürurum, riqqətimdir.
Sarsılmaz, əbədidir
Orduma, əsgərimə
Hörmətim, ehtiramım,
Etibarım, inamım.
Nə gizlədim, nə danım,
Düşmənimiz çox idi.
Avantüra, zor ilə
Tarix yazanların da,
Balaban, zurna ilə
Bizə nağıl danışan
Köhnə "ozanların"da
Heç xəbəri yox idi:
- Silahımız müasir;
Tarixin axarını
Dəyişdirməyə qadir ;
Atdığımız hər addım
Hesablanmış, nizamlı;
Dövlətimiz çox güclü
Qüdrətli, ehtişamlı,
Əzəmətli olsa da,
Qətiyyətli olsa da
Bu döyüşün, zəfərin
Birinci qəhrəmanı
Azərbaycan zabiti,
Cəsur əsgəri idi.
Bütün qələbələrin
Bünövrəsi, əsası
Onların cəsarəti,
Əzmi, hünəri idi.
Ən keçilməz sədləri,
Bəndləri qırırdılar.
Qranit qayaları
Dəmir yumruğu ilə
Onlar dağıdırdılar.
Ayrı adamlar kimdir?
Zaman Ali hakimdir;
Ağ da bəlli, qara da.
Yüz il bundan sonra da
Bu torpağı ələyin,
Ələk-vələk eləyin
Misqal-misqal yoxlayın. -
Hesabı itirməyin,
Yadınızda saxlayın :
Aslan ruhu, cürəti,
Coşqunluğu, şiddəti -
Bizim qanımızdır O.
Odumuz, atəşimiz,
Həyacanımızdır O.
Bizim torpağımıza –
Öz Qarabağımıza
Öz qanımız tökülüb.
Döğma Vətənimizdə
Öz qanımız bu qədər
Ətirli,təravətli,
Şöhrətli, şərafətli
Çiçək açıb, gül olub .
****
Onlar tək-tək öldülər! -
O ərlər, o igidlər,
O qəhraman şəhidlər
Vətəni azad görüb,
Bəxtiyar, abad görüb
Rahat nəfəs aldılar –
Bir qəlb, bir can oldular,
Hamısı bir-birinə
Doğma əziz, sevimli,
Dost, mehriban oldular -
Ruhi-rəvan oldular.
Razılıq, sevinc saçan
Böyük bir coşqu ilə
Vətənin qarşısında
Min dəfə baş endirib
Halallıq istədilər:
- "Başın sağ olsun, Vətən!
Haqqını halal eylə.
Biz səfər üstündəyik,
Mənzilimiz uzaqdır,
Yol gedirik!"- dedilər -
Halallıq istədilər.
Onlar tək-tək öldülər! -
O ərlər, o igidlər,
O qəhraman şəhidlər
Yer üzündə, dünyada
Çox şər-xata gördülər,
Çox qan-qada gördülər.
Bütün Yer aləmini -
Bizi bəyənmədilər -
Göylərdən gəlmişdilər,
İlahi dərgahına -
Göylərə çəkildilər.
***
Bizim haqq davamızın
Səsi, sorağı çoxdan
Yaradana çatmışdı.
Tanrı Yer aləmini
Səhmana salmaq üçün
Özü əl uzatmışdı.
Bünövrəsi, dayağı
Təməli olmasaydı,
Arxasında həmişə
O qüdrət sahibinin
Öz əli olmasaydı,
Nəhayətsiz, hüdudsuz
Kainatın qoynunda -
O xatalı tünlükdə,
Qan-qadalı tünlükdə
Bizim bu yer kürəmiz –
Həyatdan küskün, incik,
Sapand daşından kiçik
Miskin planetimiz,
Yorğun düşüb ləhləyən,
Əsnəyən, mürgüləyən,
Başı döşünü döyən
Əzgin planetimiz,
Üzgün planetimiz
Necə dinclik tapardı ?
Necə qərar tutardı ?
Bizim qələbəmizdə,
Şanlı zəfərimizə
Yerin, Göyün sahibi
Yaradanın, Xaliqin
Xeyir-duası vardı.
Bunu bizdən də yaxşı
Dünya anlamalıdır.
Dünya ağıla gəlib,
Yola, sığala gəlib
Xəlq eləyən qüvvəni,
Haqqı tanımalıdır.
***
Ay şəhid anaları!
Ay şəhid ataları!
Zəfər bayramlarında,
Hamıdan çox sevinin.
Başınızı dik tutun.
Allah eləməsin!...Mən
Tapşırmıram, demirəm
Heç vaxt unudulmayan
İnsanları unudun.
Bizim eldə, obada
İnsanlığı yaşadan
İnsanların həyatda
Təmiz, düz ilqarıdır.
Analar həssas olur:
Bu gün, bu bayram günü
Anaların hamısı
Şəhid analarıdır.
***
...Üfüq alışıb-yanır,
Vətən nura boyanır.
Qələbənin dadını
Duyub yaşamaq üçün
Döz, dur, şəhid anası!
Matəm libası geyib,
Bayatı, ağı deyib
Qapılma qəmə, dərdə.
Bilirəm, bu gün sənə
Dünyanı versələr də
Azdır, şəhid anası!
...Bu yerdə, bu məqamda
Sözü var vicdanın da.
O şəhid balamızın
Xidmətləri yanında
Mənim şeir yazmağım,
Uğurlar qazanmağım –
Karım, kəramətlərim –
Sənətkar xidmətlərim
Bu yurdda, bu ocaqda
Qızıl qanımız hopan
Bu qüdrətli, qocaman,
Bu müqəddəs torpaqda
Qərinələr sovuşub
Dolanıb dəyişsə də
Adamlar nəsil-nəsil
Ümmanda bir damla da
Şərafətində deyil.
Belə ahıl yaşımda :
Artıq köçümü çatıb
İşıqlı dünya ilə
Vidalaşan vaxtımda ;
Yığışıb, hazırlaşıb
Köhnə tanışlar ilə
Halallaşan vaxtımda
Nə yorğunam, nə üzgün.
Qalıq, boynumun yükü
Yoxdur bir başqa işim.
...Əsla sınan deyilsən
Yalvar-yaxar eləyim :
- Məğrur dayan, əyilmə!-
Bu sücaətin üçün,
Bu mətanətin üçün
Mənim sənə bəxşişim,
Hədiyyəm, payım, bu gün
Əzəmət, vüqar dolu,
Təravət, bahar dolu,
Vur-tut beş-altı kəlmə
Sözdür, Şəhid Anası !
...Vətən Müharibəsi...
44 günlük o döyüş, -
O sıçrayış, dirçəliş
Bizim xalqımız üçün
Namus məsələsiydi,
Qeyrət məsələsiydi,
Şərəf məsələsiydi.
Döyüş meydanlarında
"Ya qələbə, ya ölüm!" –
Bizim bu şüarımız
Təmiz əqidələrin,
Vicdanların səsiydi,
Əcdadların səsiydi.
Kainat titrəyirdi –
Yer-Göy uğuldayırdı,
Gur-gur guruldayırdı –
Sabahın məramını
Göy Yerdən soruşurdu.
Başlarını itirib
Sərgərdan qalmışdılar,
Pərişan olmuşdular
Bütün Qərb "dahiləri".
Hesab önə gəlirdi.
Onlar hesab çəkirdi,
Onlar bunu bilirdi.
Bu müqəddəs davada
Sıravi əskər kimi
Türkün hərb dahiləri,
Siyasət dahiləri
Qətiyyət dahiləri
Atatürkün, Heydərin
Ruhu da vuruşurdu.
Şükürlər olsun qisas
Qalmadı qiyamətə,
Gücümüzə inandıq,
Güvəndik, arxalandıq
Biz qələbə qazandıq.
Düşməni təslim etdik ! –
"Bacıları" qarışıq
Susdurduq, heç kim etdik.
O köhnə bayatılar,
Lətifələr, nağıllar,
Zarafatlar qurtardı.
Başımızı tovlayan
"Həzin" uverturalar,
Nəqəratlar qurtardı.
Heç durulmadı sular
Axdı, bulanıq axdı.
Öz dəmir yumruğumuz
Qalxdı, qalxdı, nə qalxdı!-
Düşmənə divan tutdu.
O, haqq nədir bilməyən,
Yola, haqqa gəlməyən,
Baş aparan, inadkar,
Xudbin, azğın, fitnəkar
Qəddar düşmənimizi
Qanına qəltan etdi,
Ağlar qoydu, mələtdi,
Öz yerində oturtdu.
Başımızda şimşəklər
Çaxmasaydı vaxtında,
Qılıncımız qınından
Çıxmasaydı vaxtında,
Öz dəmir yumruğumuz
Qalxmasaydı vaxtında
Haqqa tərəfdar olub
Kim qol qoya bilərdi
Bizim tələbimizə?
Kim inana bilərdi
Bizim bu ehtişamlı,
Parlaq qələbəmizə?
Yerimizdə saysaydıq,
Bir an da yubansaydıq
Haqq-hesab itəcəkdi.
Kim səcdə edəcəkdi
Bu qüdrətə, cürətə?!
Qəflət yuxusu qaçdı,
Dünya gözünü açdı
Gücümüz qarşısında
Dünya gəldi heyrətə.
Şükürlər olsun, Ana!
Çatdıq şöhrətə, şana.
Sən mətanət, güc, qüdrət
Ləyaqət aynasısan.
Sən Ölkə Ağbirçəyi,
Sən Vətən Anasısan.
"Şəhid əbədi qalır !" –
O, NƏCİB, NƏCABƏTLİ,
XEYİRXAH, NƏZAKƏTLİ
SEYİD XANIMI İLƏ
Ocağının başında
Bunu RƏHBƏR söylədi.
O, Ali Baş Komandan -
Bütöv Azərbaycanın
Əbədi Qəhrəmanı,
Fəxri, Şöhrəti, Şanı
O, Müzəffər söylədi.
Gözümüzün işığı
O, Münəvvər söylədi, -
Qüdrət, Hünər söylədi, -
Rəhbər müdrikcəsinə
Qətiyyət ilə dedi.
Şərəfli anamıza
Böyük ehtiram ilə,
Fəxarət ilə dedi.
Ancaq açıq, sərt dedi,
Gəldi-gedər dünyanın
Düz gözünün içinə
Düz danışdı, mərd dedi,
Rəhbər açıq, sərt dedi :
-Yaranışdan bu dünya
İnsanları sınamır.
Yaxşı-yaman axtarmır,
Doğma, ögey tanımır.
Eyni əzəmət ilə,
İzzət, hərarət ilə
Hamını qarşılayır.
Başı üstündə durub
Saat, saniyə sayır.
Vədə, vaxt çatan kimi
Hamını yola salır.
Dünya nə yüngülləşir,
Nə də səhmana düşür.
Gözü məhşər yolunda,
Əli qaşında qalır.
Hesabat vermir bizə,
Hesab soruşmur bizdən.
Nə gəlir əlimizdən!? –
Bu, qədərin işidir,
Haqqın göstərişidir.
Köhnə dostu, tanışı
Xoşbəxtliklə yanaşı
Əcəl havada süzən,
Bizi axtaran, gəzən
Alov dilli bir oxsa;
Xoşumuz gəlir-gəlmir? –
Gülüb-oynadıq, yoxsa
Ağladıq həzin-həzin,
Yaradanın, sübhanın
Rəhm eləyən rəhmanın,
O gözə görünməzin
Hökmü, qərarı budur.
... İnsan hər dərdə dözür,
Hər ağrını unudur.
Illər qovur dünyanı,
Yaşa dolur dünya da
Yorğun düşür, tövşüyür,
Naxış-naxış köhnəlir,
Ilmə-ilmə qocalır.
Ancaq şükür, min şükür
Cavanlaşır daha da
Məşurlaşır, ucalır,
Hamımızın qəlbində
Yuva qurur, yurd salır,
Şəhid əbədi qalır.
Şad- xuraman yaşayır,
Əbədi ömür sürür,
Əbədi xatırlanır ;
Sevilir, əzizlənir,
Diqqət, etibar görür.
Şəhid əbədi qalır ! –
Sabahlar, gələcəklər,
Nurlu, rövşən ürəklər
Ondan güc-qüvvət alır,
Ona hesabat verir.
Günəşdən də gur səsli,
Şiddətli, məğrur səsli,
Dünyanı qarsalayan
Qaynar ruhlu, nəfəsli
Həqiqətimiz üçün,
Tanrıdan qismətimi,
Şanımız, şövkətimiz,
Ülviyyətimiz üçün,
Qüdsiyyətimiz üçün
Vətən sevgisi ilə
Düz ölümün üstünə
Mərdü-mərdanə gedən,
Canını fəda edən
İgidlərin həyatı,
Əzmi, müqəddəratı ...
Qaranlıq zamanlarda
Vəhşi biyabanlarda
Daş üstündə yazılmış,
Həkk olunmuş, qazılmış
Üzünü yosun örtən,
Toz basan, ovsun örtən
Köhnə hekayət deyil,
Nağıl, rəvayət deyil.
Yaşamaq vüsətini,
Payını, qismətini,
Halallıq şəfqətini,
Eldən, obadan alır,
Yurddan, yuvadan alır.
Öz parlaq adı ilə,
Qaynar həyatı ilə
Şəhid əbədi qalır !
Bəxtiyar, gülər üzü
Sübhün açılan gözü ;
Eşqi, andı, amalı
İşıqlı, aydın, təmiz ;
Bir-birindən vüqarlı,
Mehriban, doğma, əziz
Nəsillər qarşılayıb
Nəsillər yola salır. -
Şəhid əbədi qalır!
-Vəfa, etibar nədir?
Düz söz, düz ilqar nədir?
- Yalları artıq düşür,
Quduz itlər hürüşür.
Əli qoynunda gəzib,
Dərddən canını üzüb
Sən nə axtarırsan, nə?!..
Nə qazana bilərsən
Bu umu-küsü ilə ?
Xeyirxah?!.. Naqis?!.. İblis?!..
Adımız necə düşüb
Tanrının qələminə?!..
Haqq, insanlıq naminə
Qolunu çırmalayıb,
Xeyrə-şərə yarayıb, -
Yük qaldırıb, iş görüb,
Arabir nəfəs dərib
Alnının qaynar, isti
Tərini silə-silə
Insanlarla əl-ələ
Təmiz, üz ağlığıyla,
Ürək açıqlığıyla
Danışıb gülə-gülə
Yaşamaq çətindirmi ?
-Hər döşünə döyən "dost",
"Mənəm! Mənəm!"- deyən "dost"
Yenilməz, mətindirmi?
-Azad vətənimizdə
Nəfsin qulu olmağa,
Yetimin malı ilə
Cibi dolu olmağa
Bu gün ehtiyac varmı?
-Doğru yolunu azan –
Özgəyə quyu qazan
Özü nicat taparmı ?
-Sən fədakar vicdanın
Yenilməz, mətin, cəsur,
Qüdrətli, igid, məğrur;
Şərə, dara düşsə də,
Zindanlara düşsə də
Meydandan çəkilməyən,
Heç rahatlıq bilməyən,
Gecə-gündüz çalışan,
İşi başından aşan
O əməkdar vicdanın,
O əzimkar vicdanın
Tənə yağışlarından,
Leysan qarğışlarından
Qoruna bilirsənmi ?
-Qızğın hərb meydanında
Sən son bir damla qanın
Qəhrəman şöhrətini –
Gücünü, qüdrətini
Zorunu bilirsənmi ?..
...Şəhid əbədi qalır ! –
Bu sorğu-sual ilə,
Yüksək ideal ilə
Sabahı aydın görür –
Nə qan, nə qırğın görür.
Təfsilat, izah verir...
Vətən balalarından –
Vətənin topdağıtmaz
Rəşid qalalarından –
Vətən balalarından
O, imtahan götürür.
Şəhid əbədi qalır ! –
Vətənin xoş günləri
Hamımızdan daha çox
Ona sevinc bəxş edir,
Ona fərəh gətirir,
Ona şərəf gətirir.
Bu yurdda, bu ocaqda,
Qızıl qanımız hopan
Bu qüdrətli, qocaman
Bu müqəddəs torpaqda
Dəyişmir nırxı dünya ;
Fələyin çarxı dünya
Yenə işini görür –
Köhnə işini görür :
Eyni əzəmət ilə
İzzət, hərarət ilə
Nəsillər qarşılayıb
Nəsillər yola salır, -
Şəhid əbədi qalır !..
Şəhid əbədi qalır !-
Həmişə, zaman-zaman
Odur müasirimiz,
Xöşbəxt gələcəyimiz;
Odur darda, çətində
Etibarlı dostumuz,
Arxamız, köməyimiz;
Odur sədaqətimiz,
Təmiz xoş niyyətimiz,
Arzumuz, diləyimiz ;
Odur qüdsiyyətimiz,
Səcdə, şükran yerimiz,
Vüqarlı ürəyimiz ;
Odur cəsarətimiz,
Sarsılmaz iradəmiz,
Dəmir, tunc biləyimiz;
Odur əzəmətimiz,
Düşmən gözü çıxardan
Yerə gəlməyən, Azman,
Gen, enli kürəyimiz ;
Odur rahatlığımız,-
Kəlbəcər yaylağımız,
Öz İsa bulağımız,
Neçə-neçə müqəddəs
Ocağımız, türbəmiz.
Açıq, naz-nemət dolu
Bizim halal süfrəmiz,
Duzumuz, çörəyimiz...
...Sözlərin aydın duru ;
Bütün həyatın boyu
Sinəndə bu qüruru,
Bu işığı, bu nuru
Alnıaçıq, fərəhlə
Gəzdir, ŞƏHİD ANASI !
Nahaq yerə, boş yerə
"Nüfuz"lara, "Güc"lərə
Güvənib, arxalanıb,
Onların məkr dolu
Riyakar vədlərinə
Bel bağlayıb, inanıb
Çox çapıldıq, talandıq...
Doğrandıq, baltalandıq...
Əzildik, tapdalandıq...
Çox tənələr eşidib,
Soyuqlayıb, üşüdüb
Dişimizi sıxmışıq.
Haqq işimiz naminə -
Şərəfimiz naminə
Hər ağrıya, acıya
Qürurla sinə gərib,
Fədakarlıq göstərib
Murdar düşmənimizin
Bu yol Heydər yoludur!
Ulu Öndər yoludur!
Ürəyimiz doludur.
Xoşdur hər söz, hər avaz
Deyirsən : bu il bir az
Tez ötüb keçdi ayaz. –
Düzdür, şəhid anası!
Günəş salama gəlir,
Torpaq da üzə gülür, -
Yazdır, ŞƏHİD ANASI !
E P İ L O Q
Nə xəzinə görmüşəm,
Nə rütbə daşımışam.
Əllərimin qabarı,
Alnımın təri ilə,
Zəhmətlə yaşamışam.
Ah-fəryad etməmişəm,
Bəxtimdən küsməmişəm.
Sadə ömür sürmüşəm,
Cah-cəlal gəzməmişəm.
Alicənab dostlara
Çox minnətdar olmuşam.
Onların dar günündə
Çatıb dadına mən də
Arxasında durmuşam,
Yanında var olmuşam.
İnsaf, vicdan sarıdan
Çəkməmişəm bir korluq, -
Etməmişəm nankorluq,
Haqq-say itirməmişəm.
Zamanə ağır, çətin
Sınağa çəkib məni.-
Dayanmışam mərd, mətin.
Belimdə ağır şələ,
Doğmalarımdan belə
Minnət götürməmişəm.
Ürəyim bərk ağrıyıb,
Sinəmi dərd doğrayıb;
Mən irəli çıxmışam,
Gələcəyə baxmışam,
Gözüm yaşla dolmayıb.
Qayğısız yaşamağa, -
Başımı qaşımağa
Heç macalım olmayıb.
O ki qaldı : təkəbbür,
Eqoistlik, təşəxxüs,
Lovğalıq nədir?- biləm!..
Əfv etsin əhli-qələm.
Nəhayət, istəyirəm
Mətləb üstünə gələm:
-Çox düşündüm, gördüm ki,
Məndən başqa heç bir kəs
Bu yükü çəkə bilməz, -
Fərmayışdir, hökmdür!
Bu yük mənim yükümdür ;
Öz çiynimi qaçırıb
Yükümü başqasının
Çiyninə ötürmədim.
İmkanımı əlimdən
Bir quş kimi uçurub
Bir an vaxt itirmədim.
Tarixi qələbəmiz
Mənə qol-qanad verdi,
Dünyada görünməmiş
Sarsılmaz inad verdi.
Qüdrət, hünər müydanı,
Qeyrət yeridir deyə
Sarıldım qələmimə,
Vardım öz aləmimə. –
Bütün nidalarımı,
Ağır nöqtələrimi
Tuncdan, poladdan tökdüm,
Alovdan, oddan çəkdim.
"ZƏFƏR DASTANI"mızı
Tamamladım, bitirdim.
Ürəyim sakitləşdi,
Arxayın nəfəs dərdim.
...Yazdır, Şəhid Anası!
Yazdır, İgid Anası!
"Biz göstərdik kim kimdir!" –
Murdar düşmənimizi
Biz iti qovan kimi
Qovduq torpağımızdan –
Öz Qarabağımızdan.
Gördü Qüdrətimizi,
Aslan cürətimizi
Dünya tanıdı bizi, -
Dünya düşdü səhmana.
Gözlərin aydın, Ana!
İndi bizim başımız
Fərəhdən asimana,
Ulduza, Aya dəyir.
Rəhbərin də gözündə,
Söhbətində, sözündə
Yaz, bahar gülümsəyir.
Biləsuvar rayonu.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB