Moskvanın CSKA klubunun hücumçusu Fedor Çalov İsveçrəyə ərzaq idxalı qaydalarını pozduğuna görə cərimələnib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Sport-Ekspress”ə onun özü məlumat verib.
Qeyd edək ki, idmançı fevraldan iyun ayına kimi İsveçrə “Bazel”ində icarə əsasında çıxış edib, bundan sonra yenidən ÇSKA-ya qayıdıb.
Beləliklə, özünün dediyinə görə, İsveçrədə olarkən mənə ərzaq məhsullarını Almaniyadan almağımı məsləhət gördülər. Deyim ki, maşınla İsveçrədəki alış-veriş mərkəzi bizim baza ilə 10 dəqiqəlik məsafədədir və orada qiymətlər bir neçə dəfə aşağıdır. Yeganə problem: sərhəddə məhsulun ölkəyə gətirilməsinə qoyulan məhdudiyyətlərdir. Məsələn, adam başına - bir kiloqramdan çox olmayan ət. Süd, spirt və digər məhsullarda da belədir, amma mənim bundan xəbərim yox idi.
Çalovun sözlərinə görə, polis onları saxlayıb və neçə kiloqram ət apardıqlarını soruşub.
İki nəfər üçün dörd kiloqram dedim. Bütün məhsulları çıxardılar, yoxlamağa başladılar. Məlum oldu ki, məhsullar göstərilən qaydalardan çoxdur. Cərimə ödəməli oldum-100 avro. Artıq malları isə müsadirə etdilər.
...Ümumilikdə rusiyalı oyunçu “Bazel”in heyətində 16 oyun keçirib və bu oyunda dörd qol vurub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB