"Avropanın ən sehrli 10 adası"ndan 2-cisi Türkiyədədir

Bozcaada bu dəfə İngiltərənin "The Guardian" qəzetində işıqlandırılıb, adanın tənha çimərlikləri, dinc və bozulmamış təbiəti təsvir edilib

Türkiyənin Çanaqqala rayonunun turizm cənnəti Bozcaada "Avropanın ən sehrli 10 adası"ndan 2-ci olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Son illər tez-tez dünyanın ən yaxşı adaları arasında göstərilən Bozcaada bu dəfə İngiltərənin "The Guardian" qəzetində işıqlandırılıb, adanın tənha çimərlikləri, dinc və bozulmamış təbiəti təsvir edilib.

Yunan və türk irsləri ilə zəngin bir ada olan Bozcaadaya yay mövsümündə daha çox istanbullular üz tutur.

Məqalədə Bozcaadanın liman şəhəri olduğuna diqqət çəkilib, Troya müharibəsinə toxunulub, bu gün burada məscidlə yanaşı pravoslav kilsəsinin də olduğu yazılıb, meyxana və üzüm istehsalından bəhs edilib.

Qeyd edək ki, Türkiyənin turizm məkanı Bozcaada son illər “New York Times”, “Business İnsider”, “New York Times Magazine” və “American Forbes Magazine” tərəfindən də tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə