ABŞ-da Səma yaşıl rəngə büründü

ABŞ-ın Cənubi Dakota ştatının Sioux Falls şəhərində “derecho” qasırğasının təsiri ilə səma yaşıl rəngə bürünüb.

TRT-nin xarici KİV-ə istinadla verdiyi xǝbǝrǝ görǝ səmanın rənginin dəyişməsi yerli sakinlərin heyrətinə səbəb olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Mütəxəssislər səmanın yaşıl rəngə bürünməsinin əsas səbəbini isə tam açıqlaya bilməyiblər. İlkin olaraq bildirilib ki, əsas səbəb buludların çox su daşıdıqları üçün mavi işıq saçmağa meyilli olmasıdır. Mavi işıq isə gün batandan sonra qırmızı və sarı işıqla birləşdiyi zaman səma yaşıl rəngə çevrilib.

Derecho qasırğasının təsirli olduğu Cənubi Dakota, Minnesota və Ayova ştatlarında təxminən 30 min insan saatlarla işıqsız qalıb. Bu barədə məlumatı ABŞ-ın Milli Hava Xidməti bildirib. Sözügedən qasırğanın saatda 93 kilometr küləyin sürətinin olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə