Uşaqları güclə yedirtməyin...

Həkim psixoloq Denis Dolqov öz “Telegram” kanalında zorla uşaqları qidalandırmağı dayandırmağa çağırıb. Onun fikrincə, “təmiz boşqab cəmiyyəti” ilə bağlı hekayələr uşağın psixikasına zərər verə bilər.

SİA bu barədə rus saytlarına istinad edir.

“İndiyə qədər bir çox valideynlər övladlarını hər şeyi yeməyə məcbur edir və boşqablarda nəsə qalmayana qədər stoldan qalxmasına imkan vermirlər. Bu, yemək pozğunluğunun formalaşmasına birbaşa yoldur”-deyə mütəxəssis bildirib.

Psixoloq bildirib ki, istənilən yaşda aclıq hissinə diqqət yetirərək yemək lazımdır. “Acmayana qədər masa arxasında oturma, boşqabda yemək qalsa belə, yemək yeyən kimi masadan qalx”.

Qeyd edək ki, daha əvvəl həkim -teleaparıcı Aleksandr Myasnikov sağlam qidalanmanın sadə qaydaları haqqında danışmışdı.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...