Hindistandan olan gənc yeniyetmə - Abiqya Anandın ilk proqnozu qlobal koronavirus pandemiyasının başlamasından bir il əvvəl verilib. Beləliklə, o vaxtdan bəri onun öncəgörmələri daha çox dinlənilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Anandın

yeni proqnozlardan biri 2023-cü ili təsvir edir. Daha doğrusu, bu dövrdə bəşəriyyətdən nə gözləmək lazımdır.

Gənc yeniyetmənin fikrincə, Dolça bürcünün qarşıdan gələn erası bütün bəşəriyyət üçün dünyada iqtisadi vəziyyətin kəskin yaxşılaşması ilə nəticələnəcək.

Abiqya Anand həmçinin genişmiqyaslı epidemiyanın yeni dalğası barədə də xəbərdarlıq edib. Yəqin ki, biz koronavirusun aktivliyinin artmasını gözləyirik. Peyğəmbər virusun yeni mutasiyasının əvvəlkilərin hamısından çox daha böyük və daha təhlükəli olacağını iddia edir. Ancaq bunun sonuncu olma ehtimalı da istisna edilmir.

Qeyd edək ki, hindistanlı proqnozçu gələcəyi dəyişdirə və ya qarşısını ala bilmək iqtidarında olmadığını bildirir.

Yeniyetməyə görə, hər hansı bir sonrakı qərar əvvəlcədən müəyyən ediləcək. Bununla belə, bəşəriyyət qarşıdan gələn hadisələrə münasibətini dəyişə də bilər. Abiqya Anand bunun üçün insanların özlərini təkmilləşdirməyi, mənəvi inkişafı və ailə ilə daha çox vaxt keçirməyi tövsiyə edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...