Elvis Preslinin uşaqlıqda yaşadığı ev sökülmüş halda hərraca çıxarılacaq

ABŞ-ın Missisipi ştatında əfsanəvi müğənni və aktyor Elvis Preslinin uşaqlıqda yaşadığı ev hərraca çıxarılacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, müğənni 1943-1944-cü illərdə valideynləri ilə birgə orada yaşayıb.

Ev avqust ayında hərraca çıxarılacaq. Binanın ilkin qiyməti 30-50 min dollar arasında dəyişir.

Qeyd edək ki, ev 2017-ci ildə səliqə ilə sökülüb və treylerə yığılıb. Əvvəlcə binanın dağıdılması və ərazidə başqa bir obyektin tikilməsi düşünülsə də, sonradan kolleksionerlər evi alıblar.

Yeni sahib montaj təsvirləri daxil olmaqla tam dəsti əldə edəcək. Yığılmış halda mənzil 117 kvadratmetrə çatır, içəridə üç yataq otağı var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...