Qiymətli əşyanızı itirmək təhlükəsi var

Qoç - Bütün işlərdə tələskənliyə yol verməyin. Ailə münasibətlərində gərginliyi aradan qaldırın. Yaxşı olar ki, bu gün həm ağzınızdan çıxanlara, həm də hər hərəkətinizə fikir verəsiniz. Zədə almaq ehtimalı da istisna deyil.

Buğa - Maliyyə çətinliyi yaşaya bilərsiniz. Professional statusunuzu itirmək təhlükəsi də var. Ətrafdakılarla münasibətiniz gərgin xarakter alacaq. Problemlərinizi həll etməkdə sizə yardımçı ola biləcək birisinin peyda olacağı da gözlənilir.

Əkizlər - Bu gün istənilən işdən yapışa bilərsiniz. Sizin bugünkü düşməniniz vaxt çatışmazlığı olacaq. Bu səbəbdən də etibar etdiyiniz adamlardan yardım istəyin. Əks cinsin nümayəndələrini cəlb etmək şansınız olacaq.

Xərçəng - Günün uğur gətirib-gətirməyəcəyi yalnız özünüzdən asılı olacaq. Təlaşlanmayın, ətrafa nəzər salın,əks halda vacib faktoru qaçırmış olacaqsınız. Sahib olduğunuz əmlaka nəzarət edin, çünki qiymətli əşyanızı itirmək təhlükəsi də var.

Şir - İstənilən danışıqlar yaxşı keçəcək. Qarşı tərəfin xətrinə dəymədən, maraqlarınızı güdərək fikrinizi düzgün ifadə edəcəksiniz. Işdə yaxşılığa doğru dəyişikliklər gözlənilir.

Qız - Bu gün diqqətcil və ehtiyatlı olun. Çünki ən xırda səhviniz gələcəkdə fəsadlarını göstərə bilər. Vacib görüşə gedərkən xarici görünüşünüzə fikir verin.

Tərəzi - Ünsiyyətcil olmağınız bu gün sizə fayda gətirməyəcək. Həmçinin bu gün işgüzar təkliflərlə çıxış etməyiniz məsləhət deyil. Təmir işlərinə başlamazdan əvvəl iki dəfə düşünün, bir dəfə hərəkətə keçin.

Əqrəb - Çoxdankı ideyanızı reallaşdırmaq şansınız yaranacaq. Enerjili olmağınızla ətrafdakıları təəccübləndirəcəksiniz. Liderlik xüsusiyyətinizi nümayiş etdirə bilərsiniz.

Oxatan - Təəssüf ki, məhsuldar gün deyil. Çətinliklərdən qaçmağın yeganə yolu həyat prinsiplərinizə sadiq qalmaqla fəallığınızı azaltmaq olacaq. Qarşınızda perspektivlər açılacaq.

Oğlaq - Yaxşı olar ki, şəxsi müstəvidə diqqətinizi toplayasınız. Professional yüksəliş baxımından elə də məhsuldar gün deyil. Hətta kommersiya işlərilə məşğul olan nümayəndələr üçün təhlükəli gündür. Məsrəflərə hazır olun.

Dolça - Professional sferada proqress gözlənilir. Karyerada yüksəliş olacağı da ehtimal olunur. Gün məhkəməyə müraciət, hüquq-müdafiə məsələlərinin həlli üçün əlverişlidir.

Balıqlar - Çətin gündür. Professional sferadakı çətinliklər sizi sevməyənlərin ucbatından baş qaldıracaq. Söhbət o kəslərdən gedir ki, onlar sizinlə açıq müharibədən çəkinirlər. Ailədə də problemlərin olacağı istisna deyil. Bu problemlərin xroniki xarakter almaması sizdən asılıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə