Xilasetmə əməliyyatlarına kömək edəcək “Firefly” robotları

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri axtarış və xilasetmə missiyalarına kömək etmək üçün kiçik atəşböcəyi robotları hazırlayıblar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, kiçik uçan qurğular keçən ilin sonunda yaradılıb, lakin flüoresan işıqla arxa işıqlandırmanın modifikasiyası və tətbiqi yalnız bu yaxınlarda həyata keçirilə bilib. Atəşböcəkləri həşərat qanadlarının çırpılmasını təqlid edən süni əzələləri yığaraq uça bilirlər.

Qeyd edildiyi kimi, robotlar uçuş zamanı parlama qabiliyyətinə malikdir. İşıq şüalanması sayəsində robotlar bir-biri ilə əlaqə saxlaya, müxtəlif mesajlar ötürə, həmçinin operatorlara məlumat göndərə bilirlər. Qurğuların dağılmış binalarda sağ qalanları tapması, sonra isə xilasedicilərə siqnal ötürməsi planlaşdırılır. Gələcəkdə mütəxəssislər hərəkət izləmə sistemini optimallaşdırmaq istəyirlər ki, o, real vaxt rejimində robotları izləməyə imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...