Sevdiyiniz insandan dəstək alacaqsınız - ASTROLOJİ PROQNOZ

Qoç - Bu gün iş həyatınızda mötəbər şəxslərdən təsirli yardım alcaqsınız. Sizə etibar edəcəklər. Iş həyatınızda gücünüzü rahat nümayiş etdirə biləcəksiniz. Maddi vəziyyətiiz başınızı qatacaq.

Buğa - İş həyatınızda və pul mövzusunda istədiyiniz dəstəyi alacaqsınız. Güclü bir insandan, iş sahəsində təsirli köməklər görmək xoşunuza gedəcək. Romantik düşüncələrinizi reallaşdıracaqsınız.

Əkizlər - İş mövzusundakı əzminizi ailənizdə həll etməniz lazım olan məsələlərə istiqamətləndirə bilərsiniz. İşdə sizə kömək edəcək güclü və təsirli insanlar ailə həyatınızda da dinclik təmin etmənizə köməkçi ola bilər.

Xərçəng - Bu gün yaxın ətrafınızdakılardan birindən mənəvi dəstək görəcəksiniz. Təsirli ünsiyyətinizlə ətrafınızı və həyatınızı gözəlləşdirmək çox asan olacaq.

Şir - Güclü şəxsiyyətinizlə ictimai mühitdə uğur qazana bilərsiniz. Avtoritar kəslərlə razılaşmanız asan olacaq. Yoldaşlarınıza kömək edə bilər və ya onlardan kömək görə bilərsiniz.

Qız - Xarici mühitdən və ya səyahətlərdən alacağınız xəbərlərlə özünüzü güclü hiss edəcəksiniz. Bir iddianız varsa, reallaşdıra bilərsiniz. Sizi dəstəkləyən tapılacaq. Sevdiyiniz insanı hər mövzuda dəstəkləyəcəksiniz.

Tərəzi - Şəxsi həyatınızda güclü təsirlər özünü göstərəcək. Sevdiyiniz insandan dəstək alacaqsınız. Bir insanın verəcəyi tövsiyələr eşq həyatınızda işinizə yarayacaq.

Əqrəb - Maddi mövzularda gözlənilməz yerlərdən yaxşılıqlar görə bilərsiniz. Bir nəfərin pulla bağlı məsələlərdə sizi istiqamətləndirəcəyi gözlənilir. Başqalarına edəcəyiniz köməklər bugünkü həyatınızda təsirli anlar yaşadacaq.

Oxatan - Karyera sahələrinizdə güclü, amma geri planda dayanan insanlardan dəstək alacaqsınız. Şüuraltı doğru istiqamətiniz və müsbət düşüncələriniz işgüzar sahədə yeni qapılar açılmasına səbəb olacaq.

Oğlaq - Eşq həyatınızda güclü və təsirli ünsiyyətlə hərəkətə keçəcəksiniz. Aşiq olduğunuz insanla yaxın ətrafınızın əlaqələri gözəl və güclü olacaq. Sevdiyiniz insanlardan dəstək görmək sizi xoşbəxt edə bilər.

Dolça - Güclü yoldaşlarınızdan işinizə dair əhəmiyyətli dəstək və kömək görə bilərsiniz. Özünüzü inkişaf etdirəcəyiniz bir dövrdəsiniz. Ətrafınızın dəstəyi ilə bu dövr çox məhsuldar keçəcək.

Balıqlar - Pulla ağlı məsələlərdə ailənizdən bir böyüyünüzün dəstəyi günün hadisələindən olacaq. Evinizlə bağlı mövzularda təsirli nəticə əldə etmək üçün uyğun bir gündür. Davranışlarınızdakı dəyişmələr müsbət nəticələr verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...