Görüş üçün əlverişli gündür - ASTROLOJİ PROQNOZ

Qoç - Vacib işlərin həllini ikinci plana atmaqla, özünüzə zərbə vurursunuz. Boş vaxtınızı səmərəsiz işlərə sərf etməyin faydası yoxdur. Yorğun olandan sonra işə girişməyinizin də mənası yoxdur, çünki yarımçıq qalacaq.

Buğa - Öz problemləriniz o qədər çoxdur ki, ən yaxın ətrafınıza qarşı diqqətsizlik nümayiş etdirirsiniz. Halbuki, ən yaxın adamınız sizdən qayğı umur. Yaxşı olar ki, yaşlı adamlara qarşı daha çox diqqət göstərəsiniz.

Əkizlər - Son zamanlar enerjilisiniz. Hər işin öhdəsindən məharətlə gəlirsiniz. İşin ağırlığı sizi qorxutmur. Halbuki, başqaları bunu özlərinə çoxdan dərd edərdi. Ulduzlar belə nikbin qalmağı tövsiyə edir.

Xərçəng - Qida rasionunuza diqqət yetirin. Zəhərlənmək ehtimalı var. Yaxşı olar ki, daha sağlam qidalara üstünlük verəsiniz. Ayaqüstü yeməklərlə daxili orqanlarınızın funksiyasını pozmayın. Sevdiyiniz şəxslə görüş üçün əlverişli gündür.

Şir - İşgüzar müstəvidə uğurlar istisna deyil. Şəxsi müstəvidə vəziyyət qaydasında olacaq. Ən yaxın adamınız xoş sürprizlə sizi sevindirə bilər.

Qız - Ürəyinizdən sürpriz edərək ailə üzvlərinizi sevindirmək keçəcək. Bəzi problemlər istisna deyil. Buna baxmayaraq, siz məqsədli şəkildə arzunuzu reallaşdırmağı bacaracaqsınız.

Tərəzi - Bəzi problemləri həll edəcəksiniz. Məntiqlə düşünməyi bacarsanız, yarımçıq qalmış məsələləri tamamlayarsınız. Gün təmir və ya təmizlik işləri aparmaq baxımından məhsuldar olacaq.

Əqrəb - Maddi baxımdan irəli getmək fikri başınızdan çıxmır. Yeni gəlir mənbəyinə sahib olmaq istiqamətində çalışmalarınızı davam etdirəcəksiniz. Ulduzlar yaxın vaxtlarda gəlirinizin olacağından xəbər verir.

Oxatan - Bu gün hamı ilə dil tapacaqsınız. Dostlarla ünsiyyətdən xüsusi zövq alacaqsınız. Günün xoş keçməsi sizin həyata nikbin baxışlarınızdan qaynaqlanır.

Oğlaq - Boş vaxtınızı səmərəli istifadə etməyin yollarını arayın. Sevdiyiniz işlə məşğul olmaq imkanı yaranacaq. Gününüzü maraqlı keçirməyi bacarın.

Dolça - Səfər gözlənilir. Ancaq bu yolçuluğun elə də xoş olmayacağı bildirilir. Bu səfər hansısa prblemi həll etmək zərurətindən doğacaq. Yaxınlarınız sizə kömək olacaqlar.

Balıqlar - İşdə sakitçilik hökm sürür. Evdə isə həllini gözləyən ailə-məişət məsələləri durur. Işə girişməkdən çəkinirsiniz. Hər yolla bəhanə edib problemləri yoluna qoymursunuz. Yaxınlarınız bundan inciyə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə