Kitab yazan beş yaşlı qız dünya rekordu vurub

Böyük Britaniyadan olan azyaşlı qız ilk kitabını yazıb buraxmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “UPI” məlumat yayıb.

Bella Cey Dark öz əsərini nəşr etdirən və onun 1000-dən çox nüsxəsini “satdıran” ən gənc qadın yazıçı olmaqla dünya rekordu vurub. Qeyd edək ki, bu nömrə qeydin qeydiyyatı üçün ilkin şərtdir. Bildirək ki, nəşr zamanı Dark beş yaş 211 günün içində olub. Onu da qeyd edək ki, qızcığaz “İtirilmiş pişik” adlı kitabına daxil edilən illüstrasiyaları da özü çəkib.

“...Həyat yoldaşım və mən onunla çox, çox fəxr edirik. Bu, itən və anası olmadan çölə çıxmamalı olduğunu başa düşən bir pişik haqqında hekayədir. Mənim fikrimcə, bu, çox düzgün mesajdır”. Bunu Bellanın anası Chelsea Syme deyib.

Yeri gəlmişkən, 2017-ci ildə kitabı nəşr olunan ən gənc kişi müəllif Şri-Lankadan olan Tanuvana Serasinghedir. Belə ki, onun “Junk Food” adlı əsəri satışa çıxanda o, dörd yaş 356 günlük idi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə