Pakistanın Kəraçi şəhərində 9 gün əvvəl doğulan "dünyanın ən uzun qulaqlı keçisi" Simbanın hər qulağının uzunluğu 48 santimetrdir.

SİA-nın əldə etdiyi məlumata görə, görüntüləri sosial şəbəkədə paylaşılan "Simba" qısa zamanda diqqət mərkəzində olub.

Keçinin qulaqları gəzərkən dolaşıq olmasın deyə boynuna taxılan sarğıya qoyulur.

Simbanın sahibi Məhəmməd Həsən Narejo şirin keçini butulka ilə bəsləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə