Türk mətbəxinə xas yeməklərin “London dadı” festivalı

Məşhur “London dadı” yemək və içki festivalı İngiltərənin paytaxtı Londonda keçirilir.

SİA-nın əldə etdiyi məlumata görə, festivalda türk mətbəxinə xas ləzzətlər təqdim edilir.

Sponsorların arasında Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin də iştirak etdiyi festival paytaxtın məşhur Regents Parkında keçirilir.

5 gün davam edəcək festival çərçivəsində məşhur aşpazların hazırladıqları yeməklər, o cümlədən Türk ləzzətləri ziyarətçilərə tiqdim edilir.

Festivalda böyük maraq göstərilən Türkiyə stendini ziyarət edənlər büşkatma yolu ilə İstanbulda tətil mükafat qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə