Dünyanın ən zəngin insanları 2022-ci ildə 1,4 trilyon dollar itirəcək

...Beləliklə, “Bloomberg”in yaratdığı Milyarderlər İndeksinə görə, 2022-ci ilin əvvəlindən dünyanın 500 ən varlı adamı 1,4 trilyon dollar itiriblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Bloomberg” milyarderlərinin ümumi reytinqində 190-cı yerdə olan “Binance” kriptovalyuta birjasının qurucusu Çanqpenq Zhao ən çox itkiyə məruz qalıb. Belə ki, ilin əvvəlindən bəri o, 85,6 milyard dollar itirib. Buna baxmayaraq, hazırda onun sərvətinin dəyəri 10,2 milyard dollar qiymətləndirilir.

İkinci yerdə “Tesla” və “Space X” şirkətlərinin yaradıcısı İlon Maskdır. Deyilənə görə, onun sərvəti 73,2 milyard dollar azalıb.
Üçüncü yerdə 65,3 milyard dollar itirmiş “Amazon”un qurucusu Ceff Bezos qərarlaşıb.

İtkilərə görə dördüncü yeri sərvəti 64,4 milyard dollar azalmış “Meta”nın rəhbəri (Rusiyada ekstremist təşkilat kimi tanınan və fəaliyyəti qadağan edilmiş) Mark Zukerberq tutur.

Beşinci yeri 56,8 milyard dollar itirmiş “Louis Vuitton Moët Hennessy” qrupunun prezidenti Bernard Arnault tutub. Rusiyalı milyarderlər arasında ilin əvvəlindən bəri ən böyük itkilər “NOVATEK”in rəhbəri Leonid Mixelson (7,29 milyard dollar), “Severstal”ın sahibi Aleksey Mordaşov (7,4 milyard dollar), “NOVATEK” və “Siburun” direktorlar şurasının üzvü Gennadi Timçenkodur. (7,37 milyard dollar).

“Bloomberg”in hesablamalarına görə, “Çelsi” Futbol Klubunun keçmiş sahibi Roman Abramoviç ilin əvvəlindən bəri 5,85 milyard dollar itirib.

İlin əvvəlindən bəri ən çox itki verən rusiyalı iş adamlarının ilk beşliyini “NLMK” Direktorlar Şurasının sədri Vladimir Lisin bağlayır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə