İstanbulda muzey statusu daşıyan otel

Pera Palas hotel məşhur qonaqlarının xatirələri ilə dolu otaqlarına görə muzey-otel statusuna malikdir.

Təxminən 130 ildir İstanbulun ən gözəl guşəsində yerləşən və tarixə meydan oxuyan Pera Palas hotel məşhur qonaqlarının xatirələri ilə dolu otaqlarına görə muzey-otel statusuna malikdir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Pera Palas İstanbulda bir çox tarixi şəxsiyyətlərə ev sahibliyi etməklə yanaşı, çoxsaylı tarixi hadisələrə də şahidlik edib. Mustafa Kamal Atatürk 1917-ci ildən etibarən dəfələrlə Pera Palas otelində qalmış və yüksək səviyyəli dövlət rəsmilərini bu oteldə qonaq etmişdir. Onun qaldığı 101 nömrəli otaq anadan olmasının 100-cü ildönümündə muzeyə çevrilib. Atatürkün ən çox xoşladığı rənglər ilə bəzənmiş otaqda şəxsi əşyaları, hərraclardan aldığı kitablar, jurnallar, imzalı fotoşəkillər və medallar nümayiş etdirilir.

Pera Palas hotel bütün tarixi boyu İstanbula gələn xarici dövlət rəsmilərinin, siyasətçilərin və sənətçilərin seçimi olub. Pera Palasın tez-tez qonaqlarından biri olan Aqata Kristi hələ də həvəslə oxunan bir çox məşhur romanlarını bu oteldə yazıb. Müəllifin davamlı olaraq 411 nömrəli otaq bu gün muzey kimi də ziyarət edilir. Aktiv olaraq qonaqlara xidmət göstərən oteldə qızılgül ətri və ipəklərlə bəzədilmiş Qreta Qarbo suite otağı, Heminqvey kitablarının olduğu Ernest Heminqvey suite otağı, Qızıl buynuz adlanan Haliç və Pierre Loti təpəsi mənzərəli Pierre Loti suite otağı öz ziyarətçilərinə tarixdə xoş gəzinti imkanı təqdim edir.

Bütün xəbərlər Facebook səhifəmizdə