Veçorka" kağız üzərində görünməyi dayandırır

1958-ci ilin iyulundan nəşr olunan “Veçerniy Rostov” qəzeti kağız variantındakı nəşrini dayandıracaq.

Qeyd edək ki, bunu nəşrin əməkdaşlarından biri sosial şəbəkələrdə paylaşıb. SİA bu barədə rus saytlarına istinad edir.

“Bu gün həftədə 5 dəfə qəzet çap edib sevimli oxucularınıza çatdırmaq çətinləşib. Ona görə də artıq xəbərlərimizi qəzetin saytında dərc edirik", - o bildirib.

“Bu arada “AiF-Rostov” xəbər verir ki, fürsət yaranacağı təqdrdə qəzetin nəşri davam etdiriləcək.

O da bildiriıir ki, nəşrin materialları “Veçerniy Rostov” portalında dərc olunsa da, qəzet bağlanmayacaq.

Hazırda “Veçerniy Rostov” həftədə beş dəfə kağız üzərində nəşr olunur, o, Valentin və Tatyana Slavyanskiyə məxsusdur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə