...“Dəhşətli isti”lərin olacağını deyirlər. Təbii ki, belə istilərdə həkimlər, adətən çoxlu maye qəbul etməyi məsləhət görürlər. Əslində, bu elə də bir yenilik deyil.
Yeri gəlmişkən, mütəxəssisin fikrincə, istidə susuzluğunuzu effektiv şəkildə yatıran alkoqolsuz içkilər deyildiyi kimi,.. yaxşıdır, bəs, görən, isti də olsa...spirtli bir şey içmək qərarına gələn,.. nə icməlidir?
...Deyim ki, bu sahənin mütəxəssisləri isti havalarda daha çox ağ şərabı ən təhlükəsiz spirtli içki kimi məsləhət görürlər.
...Burada haşiyə çıxaraq xatırladım ki, vaxtilə Azərbaycan istehsalı olan “ucuz və keyfiyyətli” ağ şərabımız vardı-“Ağ süfrə”. Onu da deyim ki,..əla şərablarımızdan biri idi. İndi demirəm yoxdur, var...amma “od qiymətinədir”. Bundan əlavə, hansı texnologiya ilə hazırladıqlarını bilməsəm də, amma keyfiyyət əvvəlki keyfiyyət deyil...
...Yeri gəlmişkən, o gün rus saytlarının birində bu sahə üzrə məşğul olan Yevgeni Bryun adlı rusiyalı bir həkimin açıqlaması ilə rastlaşdım. O, da isti havalarda ağ şərabı, öz diliylə desək, “suxoy vino”nu məsləhət görürdü.
Özü də o həmən ağ “suxoy vino”nu ...su ilə yarıya qədər seyrəltməyin daha effektiv olduğunu yazmışdı.
Maraqlıdır ki, həmən bu Yevgeni Bryun öz əcdadlarının (...məsələn, mən nə vaxtsa rusiyalı professor Dmitriy Qerasimovun hər gün axşam bir stəkan şərabın insan sağlamlığına xeyri barədə oxumuşdum) dediyinə “naxələf çıxaraq” ağ şərabin, ümumiyyətlə bütün şərabları faydalarından danışanların dediklərini "mif" adlandırıb.
Onun dediyinə görə, əgər "fayda” sözünü tələffüz etsək, o zaman başa düşməliyik ki, bu dərmanlar kateqoriyasına aiddir. Dərmanlar isə çay qaşığı, ekstremal hallarda isə xörək qaşığı qəbul edilir. Bu, bir dəfə ola bilər, bu, gündə iki dəfə ola bilər.Ancaq heç kim çay qaşığı ilə şərab içməz.
...Hə, indi bunun dediyindən belə çıxır ki, biz heç nə vurma... içməməliyik?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB