TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Likya Birliyinin paytaxtlarından Ksantos və bölgənin dini mərkəzi Letoon qədim şəhəri haqqında məlumat verəcəyik. Mətni Neslihan Değirmencioğlu hazırlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Anadolu işıq ölkəsi Likiyaya ev sahibliyi edir. Təsadüfi deyil ki, Likiyanın hər bir şəhəri qədim zamanlarda bir ulduz kimi parladığı üçün “İşıq ölkəsi” adlandırılır. Antalya vilayətinin sərhədləri daxilində yerləşən Ksantos (Santos), Letoon, Patara, Olympos (Olimpos) və Phaselis (Faselis) iyirmi üç şəhərdən ibarət "Likiya Birliyinin" ən əhəmiyyətli şəhərləri arasındadır. Bunlar Anadolunun min illik hekayəsindən bəhs edən şəhərlərdir. Simurq quşu kimi küllərindən təkrar-təkrar doğan kədərli tarixi ilə Ksantos və mifologiyaya əsaslanan maraqlı quruluş hekayəsi ilə Letoon bu şəhərlərin qabaqçıllarındandır.

Aralıq dənizi bölgəsi bir çox sivilizasiyaları əhatə edir və saysız-hesabsız mədəniyyətlərlə yoğrulur. Antalyanın Kaş rayonundakı Ksandos da bunlardan biridir. Ellenistik dövrdən başlayaraq Ksantos, Roma və Bizans dövrlərinin təsirlərinin və xarabalıqlarının olduğu ən möhtəşəm antik şəhərlər sırasındadır. Ən əhəmiyyətli inzibati mərkəz və eyni zamanda Likya Birliyinin paytaxtıdır. Ksantos çayının, yəni indiki Eşen çayının münbit torpaqları üzərində qurulmuş və bölgənin aparıcı şəhəri olduğu üçün saysız-hesabsız hücumlara məruz qalmışdır. Qədim dünyanın tanınmış şairlərindən biri olan Homer “İliada” dastanında Ksantosu Troya müharibələrində iştirak edən əsgərlərin vətəni kimi təsvir edir. Döyüşçü xalq olduqları üçün tarixlərində məğlubiyyət sözü yazılmayıb. Farsların işğalı zamanı onlar öz şəhərlərini son ana qədər müdafiə ediblər. Lakin farslar şəhərin su yolunu kəsərək camaatı susuz qoyublar. Daha sonra isə vəziyyət daha acınacaqlıdır, təslim olmaqdansa ölümü seçirlər... Tarixin atası kimi tanınan Herodotun dediyinə görə, əsir yaşamağı düşünməyən ksantoslular qadınları, uşaqları, qiymətli əşyaları bir qalaya qoyub yandırırlar, kişilər isə ölənə qədər vuruşurlar... Sonra Ksantos külləri üzərində yenidən qurulur. Şəhər müxtəlif vaxtlarda bir neçə dəfə mühasirəyə alınıb. Hər dəfə yenidən qurulur. Məşhur Roma əsgəri Mark Yuni Brutun komandanlığı altında böyük mühasirədə yerlə- yeksan edilir. Dövrün Roma imperatoru möhtəşəm şəhərin bu vəziyyətə layiq olmadığını düşünərək Ksantosun yenidən qurulması üçün göstəriş verir. Şəhər yenidən qurulur. Bizans dövründə yepiskop mərkəzinə çevrilir. Ərəb basqınlarından sonra tamamilə tərk edilmişdir.

Ksantos birdən çox sivilizasiyanın müşahidə oluna biləcəyi qədim şəhərdir. Həzin hekayəsi ilə diqqət çəksə də, onu digər şəhərlərdən fərqləndirən başqa bir xüsusiyyəti də var: Likya dövründə ucaldılmış məzar daşları və qaya məzarları. Likiyalılar tərəfindən bölgənin təbii materialı olan əhəng daşından tikdirdikləri qaya-məqbərə məzarları hazırda ən maraqlı mədəni irs ünsürlərindən biri hesab olunur.
Şəhərdə 15-ə yaxın böyük ucaldılmış məqbərə var və mütəxəssislərin fikrincə, rayondan kənarda bu türbələrin nümunələri yoxdur. Likiya dilində ən uzun daş yazılara da yalnız burada rast gəlinir. Ksantosda həmçinin üç aqora, bir teatr və daş səkilərlə möhkəm şəkildə üzə çıxan böyük bir əsas küçə var.
Qədim teatrda diqqət çəkən dərin orkestr çuxuru bu tikilinin Roma dövründə qladiator döyüşləri üçün istifadə edildiyinin sübutudur. Teatrın səhnə binasının və birinci mərtəbəsinin ön dekorasiyası günümüzə qədər gəlib çatmışdır.
Ksantos xarabalıqları, qədim Letoon şəhəri ilə birlikdə Likiya sivilizasiyasının orijinallığı və qazıntılar zamanı ortaya çıxan tapıntıların əhəmiyyətinə görə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir. Qədim dövrdə Likiyanın dini mərkəzi olan Letoon Ksantosdan cəmi dörd kilometr məsafədədir.
Letoon şəhərinin qurulması mifoloji hekayə ilə izah olunur. Tanrılar tanrısı Zevsin ilahə Leto ilə münasibətindən əkiz uşaqları olub. İlahə Leto əkizləri Apollon və Artemidanı götürərək Aralıq dənizi sahillərinə qaçıb və Likiyada bir yerdə məskunlaşıb. Mifologiyaya görə Letoon Tanrı Apollon və Artemidanın anası Letonun adına salınmış bir şəhərdir.

Tarix boyu Letoon farsların, karyalıların, ellenlərin və nəhayət Roma İmperiyasının hakimiyyətinə daxil olub. Apollon və Artemida kimi böyük ilahların adını daşıyan şəhər keçmişdə Xantosa bağlı bir ziyarətgah sahəsi idi. Lakin sonralar onun əhəmiyyəti getdikcə artaraq bütün Likiya bölgəsinin ziyarətgahına çevrildi. Ziyarətgahda hazırda Leto, Apollon və Artemida məbədləri, abidəvi fəvvarə və Roma Teatrının qalıqları var.
İki min iki yüz il əvvəl tikilmiş teatr qədim Letoon şəhərində günümüzə qədər gəlib çatan tikililər arasında ən yaxşı vəziyyətdədir. Şəhərdə aparılan qazıntılar zamanı üç məbədin qalıqları, abidəvi fəvvarə və bəzi yazılar üzə çıxarılıb.
Şəhərin ən böyük məbədi Apollon və Artemidanın anası Letoya həsr olunmuş Leto məbədidir. Məbədin yanında yunan, arami və likiya dillərində yazı da tapılmışdır. Digər məbəd isə yunan mifologiyasında incəsənət, musiqi və ilham tanrısı Apollonun adına tikilmişdir. Bu iki məbədin ortasında digərlərindən daha kiçik olan Artemida məbədi yerləşir. Qazıntılar zamanı Artemida və Apollonu təmsil edən və içərisində ox, yay və lira olan mozaika aşkar edilmişdir.

İşıq ölkəsi Likya Birliyinin hər bir şəhərindən ayrı-ayrılıqda danışmaq, onlar haqqında məlumat vermək uyğun olardı, bu şəhərlər buna layiqdir, lakin təəssüf ki, vaxtımız buna imkan vermir. Buna görə də bu təsirli sivilizasiyanın qalıqlarını izləmək istəyənləri Türkiyənin ilk uzun məsafəli piyada yolu olan Likya yoluna dəvət edirik. Likya yolu Fethiye, Kaş, Kalkan kimi turizm mərkəzlərini, Patara, Olympos, dənizin dibindəki Aperial (Aperyal) və bir çox digər əhəmiyyətli qədim şəhərləri görə biləcəyiniz bənzərsiz bir yoldur. Təbiətlə tarixin iç-içə olduğu qədim marşrutdan ilham götürən bu 550 kilometrlik marşrutda Likiya sivilizasiyasının möhtəşəmliyinə şahid ola bilərsiniz!
Bu gün Anadolunun ilklərində Likya Birliyinin paytaxtlarından biri, dəfələrlə külləri üzərində yenidən ucalmağı bacaran antik Ksantos şəhəri və onun kədərli hekayəsi, dünyanın dini mərkəzi olan qədim Letoon şəhəri və mifologiyaya əsaslanan maraqlı quruluş hekayəsindən danışdıq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Avropa Komissiyası 11 ölkəyə XƏBƏRDARLIQ ETDİ
Dünya 05:04Tərtər sakini su quyusunda boğulub
Hadisə 04:06Hollivud ulduzu boşandığı ərinə 3,5 milyon dollar ödəyəcək
Şou-Biznes 03:22Sahil Babayev Monteneqronun Baş naziri ilə görüşüb
İqtisadiyyat 02:02Ərdoğanın müavini istefa verib? - İDDİA
Siyasət 01:03Andrey Arşavin Bakıda
İdman 24 Noyabr 23:19"Son dərəcə ehtiyatlı olun" - yol polisi küləkli hava ilə bağlı xəbərdarlıq etdi
Sosial 24 Noyabr 23:03Səhiyyə nazirinə yeni müşavir təyin edildi
Sosial 24 Noyabr 22:32Azərbaycana gələn turistlərin sayı niyə AZALIB? - Komitə məlumat yaydı
Sosial 24 Noyabr 22:19Türkiyədə hərbi helikopter qəzaya uğrayıb- TƏCİLİ
Dünya 24 Noyabr 22:02Diyetoloqlar C vitamini qəbul etməməyin yollarını izah etdilər...
Səhiyyə 24 Noyabr 21:52Niyə sürücülər avtomobil açarlarını folqaya bükürlər..?
Maraqlı 24 Noyabr 21:27Şahzadə Diananın toyundan əvvəl baş verənlər...
Maraqlı 24 Noyabr 21:04Rusiyanın avtobus nəhəngi iflas həddindədir...
İqtisadiyyat 24 Noyabr 20:49Məktəbdə şagirdlər arasında insident baş verib
Sosial 24 Noyabr 20:36Rusların itkiləri ilə bağlı şok rəqəmlər ortaya çıxıb
Dünya 24 Noyabr 20:27Yuri Felştinski: Avropa sürpriz edə bilər...
Rəy 24 Noyabr 20:05“Sabah” La Liqa komandası səviyyəsindədir”
Müsahibə 24 Noyabr 20:01Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib
Dünya 24 Noyabr 19:55“Mən ruhumu dinləməyi öyrəndim”...
Sosial 24 Noyabr 19:48Qazaxıstan-Özbəkistan sərhədində tıxaclar var...
Dünya 24 Noyabr 19:26İranda alkoqollu içkilərdən zəhərlənmədən 20 nəfər ölüb
Dünya 24 Noyabr 19:18Britaniya mühafizəkarları Trampdan uzaqlaşırlar...
Dünya 24 Noyabr 19:05Rusların qorxduğu ukraynalı “çöl qurdları” kimlərdir?
Dünya 24 Noyabr 18:51İlin ilk Super Ayı görünür
Sosial 24 Noyabr 18:45Azərbaycan Gürcüstana 4 milyarddan artıq investisiya yatırıb
Siyasət 24 Noyabr 18:34Şok rəqəmlər...
Dünya 24 Noyabr 18:27"Ankara məktəbi" məktəb-liseyinə yeni direktor təyin olunub
Təhsil 24 Noyabr 18:17Ukrayna niyə Liviyada Rusiya gəmilərini partladıb..?
Dünya 24 Noyabr 18:0418 marşrutun hərəkət sxemi dəyişəcək...
Sosial 24 Noyabr 17:58Maka Boçorişvili Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Siyasət 24 Noyabr 17:52"Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır" - DEPUTAT
Siyasət 24 Noyabr 17:48Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
Sosial 24 Noyabr 17:42Reza Deqati 2,5 milyonluq fotoarxivini Azərbaycana bağışlamaq istəyir - VİDEO
Mədəniyyət 24 Noyabr 17:36Digər mühüm məqam isə gənc ailələrlə bağlıdır...
Sosial 24 Noyabr 17:29Boşanma zamanı evin taleyi necə həll olunur? - HÜQUQŞÜNAS AÇIQLADI
Sosial 24 Noyabr 17:23Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü keçirilir
Siyasət 24 Noyabr 17:16Azərbaycan-Vyetnam münasibətləri yeni mərhələyə qədəm qoyur - ŞƏRH
Siyasət 24 Noyabr 17:16"Mina və partlamamış hərbi sursatlar mülki əhali üçün ciddi təhlükə yaradır" - HƏRBİ EKSPERT
Siyasət 24 Noyabr 16:29“Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur“ -MİLLƏT VƏKİLİ
Siyasət 24 Noyabr 16:23Donuz böyrəyi transplantasiyası olan qadının ən uzun ömür rekordu...
Maraqlı 24 Noyabr 16:23Azərbaycan–Vyetnam əməkdaşlığı: Yeni imkanlar və strateji tərəfdaşlıq perspektivləri - DEPUTAT
Siyasət 24 Noyabr 16:17“Sizə bir sirr deyəcəyəm...”
Dünya 24 Noyabr 16:13Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Siyasət 24 Noyabr 15:30Azərbaycanın inkişafında yeni dövr - TƏHLİL
Siyasət 24 Noyabr 15:27Yeni il oyuncaqları uşaqların sağlamlığını necə təhlükə altına sala bilər? - ARAŞDIRMA
Sosial 24 Noyabr 15:23Qarabağsız, “Ararat”sız, problemsiz… - BAXIŞ BUCAĞI
Siyasət 24 Noyabr 15:02Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Siyasət 24 Noyabr 14:43Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq
Sosial 24 Noyabr 14:42"ABŞ və Azərbaycan təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığı gücləndirir" - ŞƏRH EDİLDİ
Siyasət 24 Noyabr 14:41Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Hadisə 24 Noyabr 14:02Rusiyaya kosmosdan hücum - RAKURS
Siyasət 24 Noyabr 13:51İdman və giriş qadağası
Dünya 24 Noyabr 13:38“Azərbaycan Kəlbəcərdə də yeni şəhər və kəndlər qurur” - MİLLƏT VƏKİLİ
Siyasət 24 Noyabr 13:36“Milli maraqlarla ziddiyyət təşkil edən məqamlar aradan qaldırılmalıdır“ -BƏHRUZ MƏHƏRRƏMOV
Siyasət 24 Noyabr 13:27Sabah Azərbaycanda yağış yağacaq
Hadisə 24 Noyabr 13:14İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - FOTOLAR
Siyasət 24 Noyabr 13:13“Dövlətin mənafeləri şəxsi maraqlardan üstün tutulmalıdır“ -ZAHİD ORUC
Siyasət 24 Noyabr 13:12Qısamüddətli kosmetoloji kurs bitirənlər tibbi prosedurlar həyata keçirə bilərmi? -ARAŞDIRMA
Sosial 24 Noyabr 12:56"Sülh gündəliyinin irəliləməsi humanitar məsələlərin həllindən də asılıdır" - POLİTOLOQ
Siyasət 24 Noyabr 12:52"Yem xammalının qiymətindəki dəyişikliklər toyuq ətinin bahalaşmasına təsir göstərir" - İQTİSADÇI DANIŞDI
İqtisadiyyat 24 Noyabr 12:49Tokayev Qazaxıstanın sənaye və tikinti nazirini vəzifəsindən azad edib
Dünya 24 Noyabr 12:42Qoxu və dadbilmənin pozulması: səbəblər və müalicə - HƏKİM DANIŞDI
Səhiyyə 24 Noyabr 12:41Uşaqlarımız artıq nağıllarla deyil, telefonlarla yatır... -KÖŞƏ
Siyasət 24 Noyabr 12:37"Qadınların qərarvermədə iştirakı formal təmsilçiliklə məhdudlaşmamalıdır" - Nigar Arpadarai
Sosial 24 Noyabr 12:35“Xəzərin sahillərinin nəzarətsiz qalmasına yol verməməliyik“ -ZAHİD ORUC
Siyasət 24 Noyabr 12:20Kişi hansı hallarda həyat yoldaşından boşana bilməz? - VƏKİL DANIŞDI
Sosial 24 Noyabr 12:16“İran ətrafında qeyri-sabitlik Cənubi Qafqazın təhlükəsizlik mühitinə sınaq yarada bilər” -ŞƏRH
Siyasət 24 Noyabr 12:15"NATO-nun yeni yanaşması Avropanın təhlükəsizlik siyasətini dəyişir" - POLİTOLOQ DANIŞDI
Siyasət 24 Noyabr 12:12“Kəlbəcər bu gün ikinci həyatını yaşayır“ -SAHİBƏ QAFAROVA
Siyasət 24 Noyabr 11:51“Zəfərdən sonra Kəlbəcərin iqtisadiyyatı 30 dəfədən çox böyüyüb“ -VÜQAR BAYRAMOV
Siyasət 24 Noyabr 11:47“Naxçıvana ayrılan dotasiyanın azaldılması məsələsinə yenidən baxılmalıdır“ -FAZİL MUSTAFA
Siyasət 24 Noyabr 11:40“Kəlbəcər bu gün quruculuq və abadlıq meydanına çevrilib“ -SİYAVUŞ NOVRUZOV
Siyasət 24 Noyabr 11:37“İdeoloji işi gücləndirmədən qələbəni əbədiləşdirmək mümkün deyil“ -CEYHUN MƏMMƏDOV
Siyasət 24 Noyabr 11:34Özəl xəbərlər
Digər xəbərlər"Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır" - DEPUTAT
Siyasət 24 Noyabr 17:48Boşanma zamanı evin taleyi necə həll olunur? - HÜQUQŞÜNAS AÇIQLADI
Sosial 24 Noyabr 17:23
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8548
-0,65%
-
GBP
2,2166
-0,53%
-
RUB
2,0745
-0,31%



