Qeyd edilməlidir ki, əslində bu təkcə rusların priblemi deyil.

Beləliklə, rusiyalı valideynlər yeniyetmə uşaqların şəbəkədə vaxt keçirməsinə münasibət bildiriblər.

SİA bu barədə rus saytlarına istinad edir.

...Əldə edilən məlumatlara görə, respondentlərin 75 faizi yay aylarında məktəblilərin internetdə vaxt keçirəcəklərinə əmindir. Eyni zamanda, 16 faiz gənc istifadəçilərlə onlayn təhlükəsizliyini necə müzakirə edəcəyini bilmir, 13 faiz isə təhlükə yarandığı zaman ən yaxşı həll yolunun internetə çıxışı məhdudlaşdırmaq olduğunu bildirib.

Bununla əlaqədar olaraq, iyunun 1-dən etibarən VK (VKontakte ünsiyyət və dost tapmaq üçün universal vasitədir ...) ekosisteminin xidmətləri Uşaq İnternet Günü ilə bağlı məlumat kampaniyasına, yay tətili zamanı uşaqlar üçün kibertəhlükəsizliklə bağlı xüsusi layihələr silsiləsinə start verir. Layihənin böyüklər və yeniyetmələr arasında dialoqun qurulmasına, kibertəhlükələrin mövzusunun müzakirə edilməsinə, kiberbullinqin səviyyəsinin aşağı salınmasına və onlayn ünsiyyətin keyfiyyətinin yüksəldilməsinə kömək edəcəyi gözlənilir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə