Qolaltı qaralığı yox edən 5 üsul AÇIQLANDI

Tünd görünən qoltuqlarınız sizi narahat edə bilər. Qolaltı dərisinin qaralması tez-tez rast gəlinir. Ancaq yaxşı xəbər budur ki, evdə hazırlanan reseptlərlə siz asanlıqla bundan qurtula bilərsiniz. SİA xarici mətbuata istinadən xəbər verir ki, aşağıdakıları tətbiq etməklə qaralmış qol altından qurtula biləcəksiniz.

1. Kartof

Kartof əla ağardıcıdır, çünki onun tərkibində piqmentasiyanı yüngülləşdirən bir ferment olan katekolaz var. Orta boy kartofun suyunu götürün, qoltuqlarınıza çəkin və su ilə yaxalamadan əvvəl 10-15 dəqiqə saxlayın.

2. Xiyar

Bir dilim xiyar qoltuğunuza bir neçə dəqiqə sürtün və daha 10 dəqiqə saxlayın. Bunu hər gün edə bilərsiniz. Xiyarın tərkibində vitaminlər və antioksidantlar var ki, bunlar təkcə qoltuqlarınızı işıqlandırmır, həm də iltihabı aradan qaldırmağa kömək edir.

3. Gül suyu və qabartma

Gül suyunda bir xörək qaşığı soda ilə sakitləşdirici skrab hazırlayın və yumşaq bir şəkildə qoltuq altına çəkin. Qabartma məsamələrinizi bağlayan ölü hüceyrələri təmizləyən əla aşındırıcıdır. Gül suyu dərini nəmləndirir və sakitləşdirir.

4. Portağal qabıqları

Bir xörək qaşığı toz portağal qabığını süd və ya qızılgül suyu ilə qarışdırıb qoltuqaltılarınıza çəkin. 10 dəqiqə saxlayın və soyuq su ilə yuyun. Portağal qabığından əldə edilən C vitamininin sayəsin qoltuqlarınızı yenidən ağaracaq.

5. Kokos yağı

Qoltuqlarınızı ağartmaq üçün kokos yağından da istifadə edə bilərsiniz. Bu yağın tərkibində dərini parlaqlaşdıracaq E vitamini var. Bir neçə damcı kokos yağı qoltuqlarınızın altına çəkin və 10-15 dəqiqədən sonra yuyun. Yuyulmaq üçün isti su istifadə edin. Bunu gündə 2-3 dəfə sınaya bilərsiniz.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə