Dünyanın ən qısaboylu yeniyetməsi tapıldı?

Nepal sakini 18 yaşlı Dor Bahadur Kapagi dünyanın ən balaca yeniyetməsi kimi Ginnesin Rekordlar Kitabına düşüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Daily Mail” yazır.

Qeyd edək ki, nepallının boyu cəmi 73 santimetrdir. Gənc oğlan xüsusi olaraq Nepalın paytaxtına gəlib ki, münsiflər heyəti və ölkə hökuməti ona rekordu təsdiq edən sertifikat təqdim etsinlər. Təntənəli mərasimdən sonra fotoqraflar Dora üçün fotosessiya təşkil ediblər.

Maraqlıdır ki Dor Kapagi, sən demə, Yer kürəsinin ən qısa insanı deyilmiş. Bu titul hazırda kolumbiyalı Edvard Hernandezə məxsusdur. Bildirək ki, həmən adamın boyu 68 santimetrə yaxında donub.

Qeyd edək ki, kolumbiyalı 2010-cu ildə.Ginnesin Rekordlar Kitabına düşüb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə