Dünyanın ən bahalı avtomobili 135 milyon avroya satılıb

1955-ci ilin “Mercedes-Benz 300 SLR” modeli Almaniyada keçirilən hərracda rekord qiymətə - 135 milyon avroya satılıb.

SİA APA-ya istinadən xəbər verir ki, hərrac Ştutqartdakı “Mercedes-Benz” muzeyində baş tutub.

Nadir avtomobilə edilən təklif 2018-ci ildə 48,4 milyon dollara satılan “Ferrari” avtomobilinin 1962-ci ildə istehsal olunan “250 GTO” modelinə edilən təklifdən 90 milyon avro çoxdur.

“Mercedes-Benz 300 SLR” 1955-ci ildə Rudolf Uhlenhout-un rəhbərlik etdiyi şirkətin yarış departamenti tərəfindən hazırlanmış iki prototipdən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə