Dünyanın ən yaşlı adamı tapılıb

Xuan Vinsente Mora Ginnesin Rekordlar Kitabının redaktorları tərəfindən dünyanın ən yaşlı insanı hesab olunur. UPI-nin məlumatına görə, onun 112 yaşı var və Venesuelada yaşayır.

Qeyd edək ki, Xuan fəxri adı 113 illik yubileyinə bir neçə gün qalmış aldı.

Mora 27 may 1909-cu ildə çoxuşaqlı ailədə doğulub. Xuanın daha on bacısı da olub. O uzun illər əkinçiliklə məşğul olub. Yeri gəlmişkən, Xuan son torpaq sahəsini yalnız 104 yaşında satıb.

1937-ci ildə evlənən Xuanın həyat yoldaşı 1997-ci ildə dünyasını dəyişib. Hazırda Xuanın 11 övladı, 41 nəvəsi, 18 nəticəsi və 12 kötücəsi var. O, hər gününü ailəsinin çoxsaylı üzvləri ilə bir fincan qəhvə və səhər yeməyi ilə başlayır.

Nazlı Almuradova

Dünyanın ən yaşlı adamı tapılıb

Bütün xəbərlər Facebook səhifəmizdə