Sürətlə arıqlamaq istəyənlər bu qaydalara ƏMƏL ETMƏLİDİR!

Sürətlə arıqlamaq sağlamlıq üçün çətin bir prosesdir, lakin bu bir həqiqətdir ki, çəkidən tez qurtulmaq motivasiyanı artırır. SİA xarici mətbuata istinadən xəbər verir ki, burada diqqət etməli olduğunuz məqam sürətlə arıqlayarkən bədəninizin ehtiyac duyduğu vitamin və minerallarda əskik olmamasıdır. Bu, nəinki sağlamlığınıza zərər verəcək, həm də arıqlamağınızı çətinləşdirəcək.

Sürətlə arıqlamaq üçün yalnız pəhriz kifayət etməyə bilər. Əgər yandırdığımızdan daha az kalori qəbul etsək, arıqlayırıq. Bunu kalori çatışmazlığı yaratmaq adlandırmaq olar.

Çox aşağı kalorilərlə qidalansaq, bədən müqavimətinin azalması, xəstəlik, yorğunluq, əzələ itkisi kimi vəziyyətlərlə qarşılaşa bilərik. Uzun müddətdə bu, maddələr mübadiləsini yavaşlada və arıqlamağı çətinləşdirə bilər. Sürətli arıqlamaq üçün bəzi qaydalara əməl etmək kifayətdir.

1. Gecə yatmazdan 2-3 saat əvvəl son yeməyinizi yeməyə çalışın. Bu, maddələr mübadiləsinin və bədəninizin işləməsi üçün daha faydalı olacaq. Bədənimizi və həzm sistemimizi sağlam saxlamaqla əzələ itkisini azalda və uzun müddət arıqlaya bilərik.

2. Suyun yaşamaq üçün nə qədər vacib olduğunu hamımız bilirik. Arıqlamaq üçün də su çox vacibdir. Böyrəklər bədəndən zərərli maddələri çıxarmaq üçün suya ehtiyac duyurlar. Əgər kifayət qədər su yoxdursa, böyrək bu vəzifəni yerinə yetirə bilməz.

Bununla yanaşı çox vaxt su ilə aclığı da aradan qaldıra bilərik. Gündə 1 litr su içirsinizsə, bu miqdarı 2-3 litrə qədər artırmağa çalışın.

3. Protein insanların tox hiss etməsinə kömək etmək üçün iştah hormonlarını tənzimləyə bilər.

Yumurta çox yaxşı bir protein mənbəyidir. Vücudumuz yumurtadakı zülaldan 100% faydalanır. Həm də tox tutma xüsiyyəti var. Bu sayədə gün ərzində daha az kalori alaraq arıqlamağınıza kömək edə bilər.

4. Arıqlamaq istəyirsinizsə, yuxuya diqqət yetirmək pəhriz və idman qədər vacibdir. Kifayət qədər yuxu almadığınız zaman yorğun hiss etdiyiniz, çöldə yemək yediyiniz və arıqlama rejiminizi pozduğunuz üçün məşq edə bilməzsiniz. Bunlar işimizə, ailəmizə, başımıza gələn hadisələrə görə zaman-zaman baş verə bilər. Amma onları daim yaşamaq arıqlamanın qarşısını ala bilər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...