Rusiyalı analara uşaq satmaq qadağan olunacaq

May ayında Dövlət Duması Rusiya Federasiyasında əcnəbilər üçün surroqat analığı qadağan edən qanun qəbul etmək niyyətindədir, qanun layihəsi xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ölkədə surroqat analıq institutundan istifadəsinə qadağanın tətbiqini nəzərdə tutur. Dövlət Dumasının Ailə, Qadın və Uşaq Komitəsinin rəhbəri Nina Ostanina deyir ki, bu cür yeniliklər uşaqların satışının qarşısını alacaq.

SİA-nın əldə etdiyi məlumata görə, “İzvestiya” nəşrinə danışan Ostanina “...bu, uşaq alverinin qadağan edilməsi istiqamətində ilk addımdır” –deyə bildirib

Qeyd edək ki, qanun layihəsinə mayın 19-da Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin müvafiq iclasında baxılması planlaşdırılır. Bu məsələ ailə, qadın və uşaq komitəsində də müzakirə olunacaq.

Xatırladaq ki, bundan əvvəl Dövlət Dumasının Ailə, Qadın və Uşaq Problemləri Komitəsi Rusiyada surroqat analığın tamamilə qadağan edilməsinin lehinə çıxış edib. Bu açıqlama ilə Duma Komitəsinin rəhbəri Nina Ostanina çıxış edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...