İlk dəfə olaraq Aydan toplanan torpaqda bitki yetişdi

Alimlər ilk dəfə olaraq Aydan toplanan torpaqda bitki yetişdiriblər

BBC-nin xəbərinə görə, Amerika Birləşmiş Ştatlarının Florida Universitetinin alimləri 1962-1972-ci illərdə Apollon missiyaları zamanı toplanan Ay torpağına xaççiçəyi (turpgiller ) ailəsindən olan siçan qulağı tərəsi toxumu əkiblər. Toxumların 2 gündən sonra cücərdiyi müşahidə edilib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, ilk dəfə toxumlar Ay torpağında uğurla cücərdilib.

Araşdırma üçün Florida Universitetinin elmi qrupuna bitki başına 1 qram torpaq verilib. Alimlər buna təəccübləndiklərini ifadə edərək inkişaf edən cücərtinin daha sonra yavaşladığını və quruduğunu deyiblər.

Tədqiqat NASA - Amerika Kosmos və Aeronavtika Agentliyinin “Ayda yaşayış məntəqəsinin yaradılması” layihəsi üçün mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, NASA astronavtları 1962-1972-ci illərdə Apollon missiyaları zamanı Ay səthindən 382 kiloqram torpaq, toxum, çınqıl, qum və toz gətiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...