Nəvələri olmadığına görə oğlunu məhkəməyə veriblər

Ər-arvad olan Sanjiv və Sadhana Prasadlar doğma oğlu ilə onun həyat yoldaşını məhkəməyə veriblər. Səbəb isə nəvələrinin olmamasıdır. Valideynlər bir il ərzində varis dünyaya gətirməyi və ya 50 milyon rupi (42 milyon rubldan çox) məbləğində təzminat ödəməyi tələb edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Deutsche Welle” yazır.

Maraqlıdır ki, valideynlər oğullarının ailə həyatına nə qədər pul xərclədiklərini də hesablayıblar. Belə ki, bura övladlarının beşulduzlu oteldəki toyunu, avtomobilini, Taylandda bal ayı keçirməsini və pilot təhsili xərclərini də daxil ediblər.

Yeni evlənənlərə ev tikmək üçün də kredit götürüb, bu da təzminata daxil edilib.

“Oğlumuzu böyütmək üçün arzularımızı qurban verdik. Amma cəhdlərimizə baxmayaraq, oğul və arvadı bizə nəvə verməməklə bizim ruhi əziyyətimizə səbəb olublar. İnsanlar bu barədə bizə daim suallar verirlər və bu, da daha çox ağrıya səbəb olur”.

Qeyd edim ki, bunu Sanjiv və Sadhana Prasadlar deyirlər.

“...Heç olmasa, vaxt keçirə biləcəyimiz bir nəvəmiz olsa, çəkdiyimiz iztirablar aradan qalxar”. Bunu daa Sanjiv və Sadhana Prasadlar deyir.

Qeyd edək ki, ğütlüyün yeganə oğlu altı ildir evlidir ki, evli olsa da, amma uşaq sahibi olmaq planı yoxdur. Məsələ bundadır ki,gənclər valideynləri ilə çətinliklə ünsiyyət qururlar və iş səbəbindən müxtəlif şəhərlərdə yaşayırlar.

Maraqlıdır ki, valideynlərin vəkili işin “cəmiyyətin həqiqətini əks etdirdiyini” bildirir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə