Moda meyllərini rədd edir, XVIII əsrdə yaşayır - FOTOLAR

Ukraynalı Mila Povoroznyuk müasir geyim və moda meyllərini bir kənara qoyaraq öz üslubunu yaradıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, XVIII və XIX əsrlərdən ilhamlanan Mila xüsusilə, retro geyinməyi sevənləri ruhlandırır. Milanın üslubuna daha yaxından nəzər salaq.

Moda hər il dəyişir və bir az daha maraqlı olur. Ukraynalı Mila Povoroznyuk müasir dünyanın tələblərini rədd edir. Aktrisa gündəlik həyatında XIX əsrdəki kimi geyinməyi üstün tutur. Köhnə filmlərdə gördüyümüz paltarlar, böyük papaqlar və parlaq aksesuarlar onun gündəlik tərzinin ayrılmaz hissəsidir.

Ukraynanın Vinnitsa şəhərində yaşayan aktrisa köhnə geyim tərzləri ilə çox maraqlandığı üçün hər kəsin istifadə etdiyi parçalardan imtina edərək öz üslubunu yaradıb.

Gündəlik geyimlərini sosial mediada paylaşan Mila Povoroznyuk böyük diqqət çəkir. Mesajlarını sanki bir film çəkilişində paylaşan Milanın gündəlik həyatının belə olduğunu anlamaq üçün bir az vaxt lazımdır.

Mila Povoroznyukun vintaj sevgisi 12 il əvvəl iştirak etdiyi tarixi bir layihə sayəsində başladı. Bu layihədən sonra 19 -cu əsrə aid geyimlər tikən Mila Povoroznyuk zaman keçdikcə bunu üslubuna çevirdi və gündəlik həyatında tətbiq etməyə başladı.

Mila Povoroznyuk xüsusilə Viktoriya və Edvard dövrünə heyran olduğunu söyləyir. "Əvvəllər tarixi geyimləri yalnız festivallar və toplar üçün geyinirdim. Son illərdə o dövrə aid geyimlərdən istifadə edirəm”, deyir.

Mila əsasən öz paltarını tiksə də, hərdən hərraclardan və bit bazarlarından da alış-verişə üstünlük verir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə