PSJ Messinin təqdimatı üçün Eyfel qülləsini icarəyə götürüb

Fransanın PSJ futbol klubu avqustun 10-na keçən gecə üçün Eyfel qülləsini icarəyə götürüb.

SİA-nın "sports.ru" saytına istinadən verdiyi məlumata görə, Eyfel qülləsinin argentinalı futbolçu Lionel Messinin təqdimatı üçün icarəyə götürüldüyü ehtimal edilir.

Qeyd edək ki, 2017-ci ildə PSJ Neymarın təqdimatını Eyfel qülləsində keçirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə