İnsan bətnindəki “idarəedici mühərrikin” öz funksiyasını itirməyə başlaması, bu artıq insanın ölümünün yaxınlaşması deməkdir. Bildirək ki, bu əlamətlər insanda, əsasən, 65 yaşdan sonra yaşanmağa başlayır. Belə ki, oturduğu stuldan qalxmaq da və ya geyinmək də, çətinlik çəkmək də buna aiddir.
Qeyd edək ki, bu yaxınlarda Fransa və İngiltərədən olan elm adamları, 1985-88-ci illərdə “Whitehall II” araşdırmasında iştirak edən 35-lə 55 yaş arası 6000 könüllü ilə bağlı məlumatları təhlil ediblər.
Təbii ki, aparılan təhlillər müxtəlif olub. Amma məlum olan budur ki, insanın “idarəedici mühərrikin”in zəifliyi onun ölüm riskinin artması ilə yaxından əlaqəlidir.
Qeyd edək ki, araşdırma zamanı on yaşlı bir qızın proqeriya səbəbi ilə qocalıqdan öldüyü də bildirilib. Onu da qeyd edək ki, proqeriya çox nadir, erkən yaşda qocalma ilə müşayiət olunan bir xəstəlikdir. Bu xəstəlik mutasiya nəticəsində əmələ gəlir və çox nadir hallarda irsi xarakter də daşıya bilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB