Təbii ağrıkəsici nanənin faydaları

Qış aylarında nanəli çay içərək həm soyuqdəymənin qarşısını alın, həm də səhhətinizə diqqət yetirin. SİA xəbər verir ki, faydalı bitki kimi gündəlik məişətdə istifadə etdiyimiz nanə həzmi asanlaşdırmaqla yanaşı, mədədə əmələ gələcək yanıqların və köpün qarşısını almağa kömək edir.

Bu bitki baş, qarın və mədədə yaranan ağrıların aradan qalxması və qaytarmanın qarşısını almaq üçün də faydalı vasitə hesab edilir.

Qaraciyərin funksiyasının bərpa olunmasına kömək edən bitki gecələr uzun müddət yata bilməyən şəxslər üçün də faydalıdı.

Sakitləşdirici təsirə malik olan nanəni əsəbləşərkən limonlu çayla birgə qəbul etməyiniz tövsiyə edilir.

Yeməkdən sonra nanə qəbul etmək artıq çəkidən azad olmağınıza da kömək edəcək.

Mütəxəssislər asma xəstələri və öd kisəsində problemi olan şəxslər üçün nanəni ən faydalı vasitə hesab edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə