Tibb tarixində jenşen qədər əfsanəvi ikinci bir bitki olmayıb. İnsanlar onun nəinki bütün xəstəliklərin çarəsi olduğuna, həmçinin ölən adama həyat qaytardığına inanırdılar. SİA xəbər verir ki, hal-hazırda da jenşen bir çox dərman preparatların tərkibinə daxil edilir. Müalicə zamanı əsasən jenşenin kökündən istifadə olunur.

- Jenşen ümmuniteti möhkəmləndirir, orqanizmin müxtəlif infeksiyalara qarşı davamlılığını artırır, sağalmanı tezləşdirir.

- İnsanın mərkəzi sinir sisteminə çox müsbət təsir edir, yaddaşı möhkəmləndirir, yuxusuzluqdan və depressiyalardan azad edir, stressi azaldır, nevrasteniya zamanı kömək edir.

- Jenşen təbii tonuslaşdırıcı vasitədir - insanı daha gümrah və fəal edir, əqli yorğunluğunu azaldır, iş qabiliyyətini yaxşılaşdırır.

- Qanda şəkərin səviyyəsini aşağı salır.

- Ürək-damar sistemi xəstəliklərinin inkişafının qarşısını almağa kömək edir, ürəyin əzələsini qoruyur, arterial təzyiqi tənzimləyir, qanda xolesterinin səviyyəsini aşağı salır, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

- Kişilərdə cinsi zəifliyi aradan qaldırmağa kömək edir, cinsi funksiyanı və spermoqrammanın nəticələrini yaxşılaşdırır. Məhz bu səbəbdən jenşen kişi sonsuzluğu, spermatogenezin (spermanın "istehsalı") müxtəlif pozulmaları, impotensiya zamanı tez-tez istifadə olunur.

- Qadınlarda menstrual funksiyanın yaxşılaşmasına kömək edir.

- Mübadilə prosesləri yaxşılaşdırır, piylərin parçalanmasını sürətləndirir.

- Cildə müsbət təsir göstərir, dəridə mübadilə prosesləri və qan dövranını yaxşılaşdırır, hüceyrələrin yenilənməsini sürətləndirir, dərini daha dartılmış və elastik edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə