Qulançarın bilinməyən faydaları

Əvvəllər qulançar delikates sayılırdı və onu yalnız krallar, varlı kübar insanlar yeyirdi. SİA xəbər verir ki, həqiqətən faydalı xüsusiyyətlərinə görə qulançar (mərəcüyüd) əsl "krallar yeməyi"dir.

1. Qulançar "asparagin" adlı maddə ilə zəngindir. Bu maddə damarları genişləndirir və qan təzyiqini aşağı salır. Həmçinin qulançar ürək əzələsini stimullaşdırır ki, bu səbəbdən həkimlər onu ürək xəstəliklərindən əziyyət çəkən və infarkt keçirmiş insanlara yeməyi tövsiyə edirlər.

2. Qulançar həmçinin görməyə müsbət təsir edir.

3. Fol turşusu ilə zəngin olan qulançar anemiya (qanazlığı) zamanı çox faydalıdır.
4. Qulançar şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər üçün olduqca faydalıdır - qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

5. Kalsium və fosforla zəngin olan qulançar sümüklərin sağlamlığını qoruyur.

6. Qulançar qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqlarda şişərək peristaltikanı (bağırsaqların hərəkətliliyi) yaxşılaşdırır, qəbizliklə mübarizə etməyə kömək edir.

7. Qulançar sidikqovucu təsirə malikdir, odemləri azaldır, sidik kisəsini və sidik yollarını təmizləyir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə