YUNESKO bu şəhəri dünya mirası siyahısından çıxardı - FOTO

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) İngiltərənin Liverpul şəhərini, yeni inşa edilmiş binaların Viktoriya dönəmindəki cazibədarlığına zərər verdiyini əsas gətirərək dünya mirası siyahısından çıxardı. Qeyd edək ki, Liverpul bu siyahıya 2004-cü ildə daxil edilib. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, YUNESKO-nun Mədəni İrs Komitəsi yeni binaların "şəhərin özünəməxsusluğunu və bütövlüyünü məhv etdiyini" əsas gətirərək Çində keçirilən iclasda bu qərarı verdiyini açıqlayıb.

Məşhur ingilis qrupu “The Beatles”in doğulduğu yer kimi tanınan Liverpul 18-19-cu əsrlərdə dünyanın ən əhəmiyyətli limanlarından biri olaraq göstərilirdi.

Liverpul Bələdiyyə Başçısı Coanne Anderson "anlaşılmaz" olaraq xarakterizə etdiyi YUNESKO qərarına etiraz edəcəyini bildirib.

Anderson "Dünya miras şəhərimiz yüz milyonlarla funt sterlinqdən xərcləndikdən sonra heç vaxt bu qədər yaxşı vəziyyətdə olmamışdı və qərardan çox məyus oldum" deyib.
Xatırladaq ki, bundan öncə 2007-ci ildə Omanın təbii yaşayış sahəsi və 2009-cu ildə Almaniyadakı Drezdendə Elbe vadisində bu siyahıdan çıxarılıb. YUNESKO Komitəsi şəhərə səfəri zamanı köhnə limandakı yeni tikililərlə birlikdə şəhərin su layihəsini və Everton komandasının liman yaxınlığında tikmək istədiyi stadionu tənqid edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə