Dünya film sənayesində lider olan və ona uzun müddətdir dəstək olan Netflix barədə fikirlər birmənalı deyil. Bir çox dövlət başçısı Netflixin bayağılaşmaya səbəb olduğunu iddia edərək onu ölkə səviyyəsində qadağan etməyə cəhd edib. Onlar öz fikirlərinə fərqli yollarla haqq qazandırıblar. Bəzilərinin məqsədi sadəcə Amerika şirkətini boykot etməkdir. Bir çoxları isə Netflixi əxlaqa zidd, şiddət və s. məzmunları yaydığı üçün qadağan etməyə çalışır. Qlobalizasiya dünyasının kapitalist maraqlarını əsas tutan Netflix isə bütün bu əngəllərə baxmayaraq irəliləyir. İndi isə onun yaradılışı haqqında.
Netflix, mərkəzi Kaliforniya ştatında yerləşən texnologiya, media xidmətləri təminatçısı və istehsal şirkətidir. 1997-ci ildə Kaliforniyada Reed Hastings və Marc Randolph tərəfindən qurulmuşdur. Şirkətin əsas işi pullu abunə əsaslı video-film yayım xidmətidir. Abunəçilər ödəniş etdikdən sonra, arxivdəki müxtəlif filmləri və serialları onlayn izləyə bilərlər. Bu arxivdə Netflix-in filmləri və TV şouları da var. 2020-ci ilin aprel ayı etibarilə Netflix-in dünyada 193 milyon, ABŞ-da 73 milyon ödənişli abunəsi var. Netflix xidmətləri Çin (yerli məhdudiyyətlər səbəbi ilə), İran, Suriya, Şimali Koreya və Krım (ABŞ-ın sanksiyaları səbəbiylə) xaricində dünya miqyasında mövcuddur. Firmanın Türkiyə, ABŞ, Braziliya, Hollandiya, Hindistan, Yaponiya və Cənubi Koreyada ofisləri var. Netflix, Amerika Film Kino Birliyinin üzvüdür.
Netflix-in ilk iş modeli DVD satışı və icarəsi ilə bağlı idi. Şirkətin qurulmasından təxminən bir il sonra, Hastinqs, post vasitəsi ilə DVD icarəsinə üstünlük vermək üçün DVD-lərin satışını tamamilə dayandırdı. 2007-ci ildə Netflix, video yayım xidməti vasitəsi ilə internet üzərindən filmləri təqdim etməyə başladı, eyni zamanda DVD və Blu-ray filmlərinin icarəsi işini də davam etdirdi. Kanadaya, Latın Amerikasına və Karib dənizinə qədər genişlənərək 2010-cu ildə beynəlxalq səviyyədə xidmətə başladı. 2013-cü ildə “House of Cards” adlı ilk serialı ilə film istehsalına da başladı.
2012-ci ildən bəri Netflix həm filmlərin, həm də televiziya seriallarının prodüsseri və distribyutoru olaraq daha aktiv rol alıb. Nəticədə, Netflix arxivinə bir çox "Netflix Originals" da əlavə edildi. 2016-cı ilin yanvar ayından etibarən Netflix 190-dan çox ölkədə fəaliyyət göstərir. Netflix, bu baxımdan 2016-cı ildə 126 orijinal seriya və film nəşr edərək bütün televiziya kanallarını üstələyib. Şirkətin 190 ölkə üçün yeni film istehsalı və məzmun hüquqlarının alınması səyləri nəhəng borclanmalarla nəticələndi: şirkətin borcu 2016-cı ildəki 16.8 milyard dollardan 2017-ci ilin sentyabr ayında 21.9 milyard dollara yüksəldi. Bunlara baxmayaraq 2018-ci ilin oktyabrında Netflix yeni maliyyə məsələlərinə dəstək üçün əlavə 2 milyard dollar borc alacağını açıqlayıb. 10 iyul 2020-ci ildə isə Netflix bazar dəyəri səviyyəsinə görə, ən böyük əyləncə - media şirkəti oldu.
Beləliklə bu nəhəng qlobal film şirkətini milyardlarla borcuna rəğmən dayandırmaq mümkün deyil. İnternet erasının verdiyi azadlıq dövlətlərə Netflix barədə heç bir tədbir görməyə icazə vermir. Deməli qloballaşan hər şey kimi Netflix də öz ölümsüzlüyünü qarantiləyib. Belə ki, onun sonuna çıxa biləcək tək varlıq digər bir film sənayesi ilə məşğul olan şirkət ola bilər. Beləliklə insanların bu və ya digər film portallarının təsirinə düşməməsi, əxlaqi cəhətdən pozulmaması üçün sağlam iradəyə sahib olması mütləqiyyətə çevrilir.
Azərbaycanın Netflix-lə əməkdaşlığı isə ondan xəbər verir ki, xalq olaraq qlobalizasiyadan heç də çəkinmirik. Birmənalı olaraq qəbul edirik ki, yad, mənfi təsirlər yalnızca boşluqları doldura bilər. Azərbaycan filmlərinin, dahi Nizaminin əsərləri nəzdində çəkilmiş filmlərin Netflix-də olması isə daha böyük bir uğurdur. Beləliklə qlobal pəncərədən dünyaya açılan film sənayemiz, yerli filmlərimizə, aktyor və aktrisalarımıza böyük şanslar yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB