Əzələnin həddindən artıq istifadəsi, susuzlaşdırma, əzələ gərginliyi və ya sadəcə uzun müddət bir mövqe tutmaq əzələ spazmına səbəb ola bilər. Lakin bir çox hallarda bunun yaranmasının səbəbi məlum olmur. SİA xəbər verir ki, əksər əzələ spazmı zərərsiz olsa da, bəziləri əsas tibbi vəziyyətlə əlaqəli ola bilər, məsələn: Yetərsiz qan dövranı. Əsasən idmanla məşğul olan insanlarda ayaqdakı qan axışının yetərsizliyi, son dərəcə şiddətli əzələ spazmlarına səbəb ola bilər. Həmçinin adi insanlar da yürüyüş edərkən, idman hərəkətləri yerinə yetirərkən və ya digər aktivitələrlə məşğul olarkən əzələ sıxılması ilə qarşılaşa bilərlər.
Sinir sıxılması. Onurğadakı sinirlərin sıxılması əzələ spazmının digər bir səbəbidir. Bu zaman ayaqlardakı ağrı şikayətləri uzun yürüyüş hallarında daha da ciddi formada hiss edilə bilər.
Mineral əksikliyi. Bu hal adətən uzun müddət dieta saxlayan insanlarda olur. Dietinizdə çox az kalium, kalsium, natrium və ya maqnezium qəbul etmək əzələ spazmı yarada bilər. Diuretiklər, yüksək təzyiq üçün tez-tez təyin olunan dərmanlar da qanda bu mineralların sayını azalda bilir.
Dehidratasiya (Susuzlaşma). Orqanizimin həddindən artıq su itirməsi əzələ sıxılmasına səbəb ola bilir. Bir çox şəxslərdə idman sonrası yaranan ağrıların səbəbi də məhz elə bununla əlaqəlidir. Bundan əlavə, isti və nəmli hava da dehidratasiya riskini artırdığı üçün spazmın səbəblərindən hesab edilir.
Piylənmə və digər xəstəliklər. Orqanizmi ayaqda tutan əzələlərin gərilməsinə səbəb olan piylənmə boyundakı əzələlərin spazmlarının başlıca risk faktorudur. Həmçinin şəkərli diabet, anemiya, zob, böyrək problemləri olan şəxslər də risk altındadırlar.
Sinir sistemi ilə əlaqəli xəstəliklər. Onurğa xəstəlikləri, multipl skleroz, amiyotrofik skleroz kimi sinir sistemi xəstəlikləri çox zaman əzələ sıxılmaları ilə əlaqəli olmaqdadırlar.
Yaş. Yaşlı insanlar getdikcə əzələ kütləsini itirirlər, buna görə də qalan əzələ kütləsində əzələ spazmının yaranması ilə daha çox əziyyət çəkə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB