Qayınanan sənə qarşı necə olacaq?

Psixoloqların fikrincə, bu suala cavab tapmaq olduqca asandır. Bunun üçün aşağıdakı sualları cavablandırmaq kifayətdir:

1. Sevdiyiniz qız anası ilə tez-tezmi dalaşır?

a) Çox nadir hallarda - 24

b) Nadir hallarda - 20

c) Bəzən - 10

d) Tez-tez - 6

c) Çox tez-tez – 8

2. Sevdiyiniz qız ilk dəfə sizi qonaq çağırıb. Qonaq qismində sizə kim daha çox diqqət göstərərdi – qız, yoxsa anası?

a) Sevdiyim qız - 8

b) Hər ikisi birdən– 10

c) Növbə ilə hər ikisi – 12

d) Heç biri xüsusi diqqət göstərməzdi, özüm-özümə qulluq edərdim - 15

3. Sevdiyiniz qız söhbət əsnasında anasının fikirlərinə istinad edirmi?

a) Heç vaxt – 4

b) Nadir hallarda – 10

c) Bəzən – 112

d) Tez-tez – 15

e) Həmişə - 20

4. Sevdiyiniz qız çatışmayan cəhətləri haqqında tez-tezmi danışır?

a) Ümumiyyətlə, danışmır– 21

b) Çox nadir hallarda – 20

c) Zaman-zaman etiraf edir – 18

d) Bəli, tez-tez – 15

e) Çox tez-tez özünü tənqid edir – 10

5. Sevgilinizin mobil telefonuna zəng edirsiniz, o, evdədir, telefona cavab verə bilmir, zənginizə anası cavab verir və?..

a) Salamlaşır və qızını gözləməyi xahiş edir – 1

b) Kim olduğunuzu soruşur – 2

c) Kim olduğunuzu bilmək istəyir və detalları öyrənməyə çalışır. Niyə zəng etdiyinizlə də maraqlanır - 6

d) Çox tez və ya gec zəng etdiyinizə eyham vuraraq, qızının məşğul olduğunu deyir – 15

e) Sizinlə valideynləriniz, onların işi, sizin məşğuliyyətlərinizi və bu kimi şeylər haqqında söhbət açır – 25

6. Sevdiyiniz qızdan soruşun ki, uşaq olanda anası onu tez-tezmi nənəsinin və ya başqa qohumlarının yanına göndərirdi?

a) Tez-tez – 13

b) Nadir hallarda – 7

c) Çox nadir hallarda – 2

d) Bəzən – 11

e) Heç vaxt, həmişə anası ilə olub – 15

7. Sevdiyiniz qız anasının aksessuarlarını taxırmı, paltar və ya ayaqqabılarını geyinirmi?

a) Çox tez-tez – 25

b) Tez-tez – 21

c) Bəzən – 18

d) Nadir hallarda – 9

e) Belə şey heç vaxt olmayıb – 1

Nəticə:

Ballarınızı hesablayın. Onlar sizə gələcək qayınananız haqqında çox şey deyəcək:

40 bala qədər: Sizin bəxtiniz gətirib. O, ideal qaynana olacaq. Sizin şəxsi işlərinizə qarışmayacaq, ayrı yaşayacaq və xahiş edəndə dərhal köməyinizə gələcək.

41 baldan 80 bala qədər: Vəziyyət normaldır, sizin orta statistik qaynananız olacaq. O qədər də zəhlətökən və cansıxan insan olmayacaq. Ancaq müəyyən müddət sonra sizi bezdirməyə başlayacaq.

81 baldan 120 bala qədər: O qədər də mehriban qaynana-kürəkən olmayacaqsınız. Qaynananızla ayrı yaşamağınız və ümumiyyətlə, ondan uzaq durmanız məsləhətdir.

121 baldan yuxarı: O, sizin bütün işlərinizə burun soxacaq, lazımsız müdaxilələr edəcək. Beləsi toy gecəsi qapının arxasından məsləhət verməyə də utanmaz.azvision.az

Bütün xəbərlər Facebook səhifəmizdə