Kardaşyan 1969-cu ildə Aya enişin uydurma olduğunu iddia edir...

NASA əvvəllər bu iddiaları təkzib etmiş və onları mif adlandırmışdır...

...Bu arada Kim Kardaşyan “Kardaşianların” sonuncu bölümündə göründükdən sonra mübahisələrə səbəb olub.

SİA-nın məlumatına görə, bunu People yazır.

...Deməli, çəkiliş meydançasında aktrisa Sara Paulsonla söhbətində 45 yaşlı Kardaşyan astronavtlar Neil Armstronq və Buzz Oldrin heç vaxt Aya ayaq basmadıqlarına əmin olduğunu deyib.

Kim bunu saxtakarlıq adlandırıb.

Kardaşyan iddia edib ki, Oldrinin özü müsahibəsində "Qorxulu an baş vermədiyi üçün baş verməyib" deyə etiraf edib.

O, şübhələrini sui-qəsd nəzəriyyəçiləri arasında məşhur olan bir sıra arqumentlərlə izah edib: “...Külək olmadığı halda bayraq niyə Ayda dalğalanır? Muzeydəki ayaqqabı izləri niyə fotoşəkildəki izlərlə uyğun gəlmir? Şəkillərdə niyə ulduz yoxdur?”

Prodüser ondan missiyanın həqiqətən saxta olduğuna inandığını təsdiqləməsini istəyəndə Kim "Bəli, düşünürəm ki, belədir. TikTok-u izləyin və özünüz görün" cavabını verib.

Qeyd edək ki, Aldrin və NASA əvvəllər bu iddiaları təkzib edərək onları mif adlandırıblar. Buna baxmayaraq, Kardaşyanın şərhləri artıq sosial mediada tənqid və istehza dalğasına səbəb olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə