...SİA xəbər verir ki, "South China Morning Post" qəzetinin məlumatına görə, Çində ağır xəstələr arasında evlilik əsl sevgiyə gətirib çıxarıb.
2013-cü ildə 24 yaşlı Vanq Xiaoya uremiya diaqnozu qoyulub. Həkimlər ona böyrək nəqlinə ehtiyacı olduğunu bildiriblər, lakin ailəsində heç kimin qan qrupu uyğun deyildi. Daha sonra ona xərçəng xəstəsi tapıb böyrək müqabilində evlilik təklifi etməsi məsləhət görülüb.
O, sosial media qrupunda elan yerləşdirib və mieloma xəstəsi olan 27 yaşlı Yu Cianpinq də cavab verib.
Vanq Yu ilə evlənib: Yu ölümündən sonra böyrəyini ona bağışlayacağına söz verib, Yu isə ərinə və yaşlı atasına qulluq edəcəyinə söz verib.
Lakin zaman keçdikcə gənc cütlük birlikdə xoşbəxt olduqlarını başa düşüblər. Tezliklə həqiqətən də bir-birlərinə aşiq olduqlarını anlayıblar.
Vanq hətta ərinin sümük iliyi nəqli üçün pul toplamaq məqsədilə kiçik bir çiçək biznesi də qurub.
O, tezliklə lazımi vəsaiti toplaya bilib və Yu əməliyyat olunub. 2014-cü ilin yayına qədər onun vəziyyəti sabitləşib və residivləri dayandırılıb.
Vanqın səhhəti də yaxşılaşdı - indi həftədə iki dəfə deyil, ayda bir dəfə dializə ehtiyac duyurdu və bu da ona ilkin transplantasiya planından imtina etməyə imkan verirdi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB