Mövcud antibiotiklərə davamlı bakteriyaları öldürə bilən yeni bir molekul...
...Alimlər antibiotiklərə davamlı bakteriyaların öhdəsindən gələ biləcək molekul tapıblar. O, Daxili Monqolustanda Bayan-Obo nadir torpaq elementləri yatağında aşkar edilib. SİA-nın məlumatına görə, Vyana Universiteti və Helmholtz Əczaçılıq Araşdırmaları İnstitutunun alimləri gözlənilməz kəşf ediblər.
Onlar mövcud antibiotiklərə davamlı bakteriyaları öldürə bilən yeni bir molekul olan saarvienin A kəşf ediblər. “Angewandte Chemie International Edition” jurnalının məlumatına görə, birləşmə Amycolatopsis bakteriyasının qeyri-adi ştamından təcrid edilib.
Onlar Daxili Monqolustanda Bayan Obo nadir torpaq mədənində aşkar edilib.
Molekul qram-müsbət bakteriyalara, xüsusən də Staphylococcus aureus-un metisilin, vankomisin və daptomisinə davamlı suşlarına qarşı aktivlik göstərmişdir. Eyni zamanda alimlər onun digər oxşar antibiotiklərdən çox fərqli olan unikal struktura malik olduğunu qeyd ediblər. Xatırladaq ki, 204 şöbənin alimləri 1990-cı ildən 2021-ci ilə kimi “superbaq”ların dünyada yayılmasını tədqiq ediblər.
“Lancet” elmi jurnalının təhlillərə əsasən verdiyi məlumata görə, əsrin ortalarına qədər ölüm hallarının illik sayı iki dəfə artaraq 2022-ci ildəki 4,71 milyondan 8,22 milyona çatacaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə